Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-545/2024 18.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Füzuli rayon prokurorunun köməkçisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon prokurorluğundan daxil olmuş 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Füzuli rayon prokurorluğu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla məhkəməyə müraciət edərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Füzuli rayon prokurorunun köməkçisi X2, Füzuli rayon prokuroru ədliyyə müşaviri Ramiz Əliyevin məktubunu məhkəməyə təqdim edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması məsələsinə baxılması ilə əlaqədar məhkəmənin icraatında olan inzibati işin Füzuli rayon prokurorluğuna qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati işin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması məsələsinə baxılması ilə əlaqədar məhkəmənin icraatında olan inzibati iş baxılmadan Füzuli rayon prokurorluğuna geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Füzuli rayon prokuroru ədliyyə müşaviri Ramiz Əliyev məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Rəhman Cəfərovun xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və xx.xx.2024-cü il tarixdə tərəfimdən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Sizə göndərilmişdir. İnzibati işin məhkəmənin icraatında olması dövründə yeni xüsusatlarla bağlı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və istintaqın davam etdirilməsi zərurəti yaranmışdır. Odur ki, vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması məsələsiə baxılması ilə əlaqədar məhkəmənin icraatında olan həmin inzibati işin Füzuli rayon prokurorluğuna qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, inzibati iş və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 128.1- 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon prokurorluğunun 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş digər sənədlər baxılmadan Füzuli rayon prokurorluğuna geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-545/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-545/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver