Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-547/2024 15.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, X5 İdarəsində suvarma üzrə fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin böyük icra məmuru X1 tərəfindən borclu Şəxs (bundan sonra borclu) barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokol borclu barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı Şirvan Apelyasiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(106)-1233/2023 nömrəli qətnaməsi əsasında 27 mart 2024-cü il tarixdə verilmiş icra sənədini (bundan sonra – həmin icra sənədi) tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) xeyrinə üzrsüz səbəbdən icra etməməsinə görə tərtib edilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin rəisi X7, Füzuli RİPŞ-nin böyük icra məmuru X1 və Füzuli RİPŞ-nin icra məmuru X12 verdikləri izahatlarında göstərmişlər ki, həmin icra sənədinə əsasən 25 iyun 2011-ci il təvəllüdlü X14 və 23 aprel 2014-cü il təvəllüdlü X9 anaları olan tələbkarın yanında saxlanılmalı, ataları olan borcludan alınıb tələbkara verilməli, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment borcludan alınıb tələbkara ödənilməlidir. Həmin icra sənədi üzrə 05 aprel 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borcluya məhkəmə qətnaməsinin icra etməsi ilə əlaqədar rəsmi xəbərdarlıqlar edilmişdir. Borclu icra məmuru tərəfindən həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə təyin edilmiş bütün günlərdə, o cümlədən 29 aprel 2024 və 08 may 2024-cü il tarixlərdə həmin uşaqları Füzuli RİPŞ-yə gətirmiş, anaları ilə otaqda tək qoyub çölə çıxmış, aparılmış icra hərəkətləri zamanı uşaqlara anaları ilə getmələri və qalmalarının qarşısını almaq üçün hər hansı formada təsir göstərməmiş, beləliklə də icra sənədinin icrasına maneəçilik törətməmişdir. Lakin uşaqlar hər dəfə anaları ilə getmək və analarının yanında qalmaqdan qəti şəkildə imtina etmişlər. Belə olan halda uşaqların məcburi qaydada borcludan alınıb tələbkara verməsi uşaqların mənafeyi baxımından mümkün olmamışdır. 08 may 2024-cü il tarixdə aparılmış icra hərəkətində psixoloq və pedaqoqun da iştirakları təmin edilmişdir. 29 aprel 2024 və 08 may 2024-cü il tarixlərdə aparılmış icra hərəkətləri videoçəkilişlə qeydə alınmışdır. Borclu Füzuli RİPŞ-ya verdiyi izahatında uşaqlarının analarının yanında qalmaqdan qəti şəkildə imtina etmələrinə görə icra sənədinin icrasını təmin edə bilmədiyini göstərmişdir. Tələbkar bu haldan narazı qaldığına görə Füzuli RİPŞ barəsində şikayətlər etmişdir. Bu səbəbdən Füzuli RİPŞ məcburiyyət qarşısında qalıb 04 iyul 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Həmçinin, Füzuli Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli, 2(064)- 1365/2022 nömrəli icra sənədinə əsasən tələbkarın azyaşlı uşaqları - X14 və X9 ilə ünsiyyətdə olmaq hüququ uşaqların anaları ilə birlikdə getməkdən imtina etmələri səbəbindən Füzuli RİPŞ-nin inzibati binasındakı xidməti otaqda təmin olunmuşdur. Borclu həmin icra sənədinin də icrasına maneəçilik törətməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o və borclu aralarındakı nikahın pozulmasından sonra bir-biri ilə ailə münasibətlərinin bərpa edilməsinə çalışsalar da, sabiq qayınanası buna imkan verməmişdir. Uşaqları Emin və Nərminin onun yanında qalmalarına borclunun anası uşaqlarla onun əleyhinə söhbət aparmaqla mane olmuşdur. Göstərdiklərinə əsasən hesab edir ki, borclu həmin icra sənədinin icrasına qərəzli şəkildə maneəçilik törətməmişdir. Borclu ilə onun arasındakı nikahın pozulmasından sonrakı təxminən 4-5 ayın hər həftəsinin şənbə və bazar günlərində uşaqları Emin və Nərmin onun gah atası, gah da qardaşlarının yaşadıqları evlərdə onun yanında qalsalar da, sonradan qayınanasının təsiri səbəbindən onun yanında qalmaqdan imtina etmişlər. Bu səbəbdən Füzuli Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli digər icra sənədi üzrə onun uşaqları Emin və Nərminlə ünsiyyətdə olmaq hüququ Füzuli RİPŞ-nin inzibati binasında təmin olunmuşdur. Uşaqları Emin və Nərminin borcludan alınıb ona verilməsinin təmin edilməsini xahiş edir. Hazırki iş üzrə hər hansı yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədinin icra edilməsinə, yəni onunla tələbkar arasındakı nikahdan doğulmuş uşaqları Emin və Nərminin analarına verilməsi və analarının yanında qalmasına hər hansı formada maneçilik törətməmişdir. Əksinə, dəfələrlə uşaqlarına analarının yanında qalarlarsa, əvvəlki kimi bütün ehtiyaclarını şəxsən əvvəlki səviyyədə təmin edəcəyinə söz vermiş, onları həmin icra sənədinin icrasının təmin edilməsi üçün icra məmurunun təyin etdiyi günlərdə Füzuli RİPŞ-ya aparmış, icra məmuru tərəfindən icra hərəkətlərinin aparılmasına müdaxilə etməmişdir. Lakin uşaqları həm yaşadıqları evdə, həm də Füzuli RİPŞ-da olarkən analarına verilməsi və analarının yanında qalmasına dəfələrlə qəti şəkildə etiraz etmişlər. Bununla bağlı o və anası uşaqlarına fiziki və psixi formada təsir etməmişlər. Göstərdiyi səbəblərdən həmin icra sənədinin icrası mümkün olmamışdır. Onunla tələbkar arasındakı nikah məhkəmə qaydasında pozulsa da, o, iş üzrə məhkəmə proseslərindən sonra tələbkardan ailə münasibətlərinin bərpa edilməsi üçün əvvəlcə onun atasına məxsus evdə yaşamalarını xahiş etmiş, tələbkara həmin evdə layiqli şərait yaradacağına söz vermiş, lakin sonuncu onun təklifi ilə razılaşmamışdır. Göstərdiklərinə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında 25 iyun 2011-ci il təvəllüdlü X14 və 23 aprel 2014-cü il təvəllüdlü X3 fikirləri dinlənilərkən, onlar ataları olan borclunun onlara anaları olan tələbkarın yanına getməyə və analarının yanında qalmağa hər hansı formada maneçilik törətmədiyini, bununla bağlı onlara fiziki və psixi formada təsir etmədiyini, onların valideynləri arasındakı nikahın pozulmasından sonrakı təxminən 4-5 ayın hər həftəsinin şənbə və bazar günlərində analarının gah atası, gah da qardaşlarının yaşadıqları evlərində anaları ilə birlikdə yaşadıqlarını, lakin sonradan analarının onları təhsildən yayındırması, anaları ilə birlikdə yaşadıqları evlərdə onlar üçün normal yaşayış şəraitinin yaradılmaması səbəbindən anaları ilə birlikdə yaşamaqdan qəti şəkildə imtina etdiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilmiş: - Şirvan Apelyasiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(106)-1233/2023 nömrəli qətnaməsi üzrə 27 mart 2024-cü il tarixdə verilmiş icra sənədinə əsasən 25 iyun 2011-ci il təvəllüdlü X14 və 23 aprel 2014-cü il təvəllüdlü X9 anaları olan tələbkarın yanında saxlanılmalı, ataları olan borcludan alınıb tələbkara verilməli, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment borcludan alınıb tələbkara ödənilməlidir. - Füzuli RİPŞ-nin icra məmuru X12 tərəfindən tələbkar, borclu və iki nəfər şahidlərinin iştirakları ilə tərtib edilmiş 29 aprel 2024-cü il tarixli aktda göstərilmişdir ki, həmin icra sənədi üzrə videoçəkilişlə aparılmış icra hərəkəti zamanı borclu məhkəmə qərarını icra etməyə hazır olduğunu bildirmiş, azyaşlı uşaqları – X14 və X6 analarının yanında qalmalarının zəruriliyi izah edilsə də, uşaqlar anaları ilə getmək və analarının yanında qalmaqdan imtina etmişlər. - Füzuli RİPŞ-nin icra məmuru X12 tərəfindən tələbkar, borclu, Şəxs, Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin psixoloqu X8, pedaqoq - Horadiz şəhər 3 saylı tam ora məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X13 və iki nəfər şahidlərinin iştirakları ilə tərtib edilmiş 08 may 2024-cü il tarixli aktda göstərilmişdir ki, həmin icra sənədi üzrə videoçəkilişlə aparılmış icra hərəkəti zamanı azyaşlı uşaqlar – X14 və X6 analarının yanında qalmalarının zəruriliyi izah edilsə də, uşaqlar anaları ilə getmək və analarının yanında qalmaqdan yenə də imtina etmişlər. - Füzuli rayonu Mollaməhərrəmli kənd tam orta məktəbinin psixoloqu X2 imzaladığı 04 iyul 2024-cü il tarixli rəydə göstərilmişdir ki, X14 və X9 ilə psixoloji söhbət aparılarkən onlarda hər hansı psixoloji problemin olmadığı müəyyən edilmişdir. Onlar ataları ilə birlikdə yaşayıb sıx münasibət qurmuşlar və atalarına hər şeyi danışa bilirlər. Bu səbəblərdən hazırki iş üzrə uşaqların atalarından məcburi şəkildə alınıb analarına verilməsi uşaqlarda çox ciddi psixoloji problemlər yarada, onları yeni mühitə uyğunlaşmaq məcburiyyətində qoya, onlarda yaşadıqları mühitdən uzaqlaşdırılması və yaxınlarından ayrılması yalnızlıq, qorxu və digər davranış pozuntuları yarada, onların özlərini rahat hiss etmələrinə mənfi təsir edə bilər. - Füzuli RİPŞ-nin tərtib etdiyi 12 iyul 2024-cü il tarixli aktda göstərilmişdir ki, Füzuli RİPŞ-də həmin icra sənədinin icrası ilə əlaqədar həmçinin, Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü X4 iştirakı ilə azyaşlı uşaqlar - X14 və X9 ilə fərdi qaydada aparılan söhbət zamanı uşaqların anaları olan tələbkarla getməsi və sonuncunun yanında qalmasına mane olan hər hansı təsirin olmadığı və uşaqların məcburi qaydada borcludan alınıb tələbkara verilməsinin qeyri-mümkün olduğu müəyyən edilmişdir. - Füzuli RİPŞ-nin 15 iyul 2024-cü il tarixli, 234 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli, 2(064)-1365/2022 nömrəli digər icra sənədinə əsasən tələbkarın azyaşlı uşaqları - X14 və X9 ilə ünsiyyətdə olmaq hüququ uşaqların anaları ilə birlikdə sonuncunun yaşadığı ünvana getməkdən imtina etmələri səbəbindən Füzuli RİPŞ-nin inzibati binasındakı xidməti otaqda təmin olunmuşdur. Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə yuxarıda göstərilmiş məzmunda olan, iş üzrə keçirilmiş məhkəmə iclaslarında verilmiş bütün izahatlar, o cümlədən, azyaşlı X14 və X3 fikirləri və iş materiallarında olan sənədlər əsasında borclunun tələbkar ilə nikahından doğulmuş həmin uşaqların analarının yanına getməyə və analarının yanında qalmağa hər hansı formada maneçilik törətmədiyi, bununla bağlı uşaqlara hər hansı fiziki və psixi formada təsir etmədiyi, əksinə, icra məmuru tərəfindən həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə təyin edilmiş bütün günlərdə, o cümlədən 29 aprel 2024 və 08 may 2024-cü il tarixlərdə uşaqları Füzuli RİPŞ-yə gətirdiyi, lakin uşaqların analarının da iştirak etdiyi həm icra hərəkətləri, həm də məhkəmə iclasında anaları ilə getmək və analarının yanında yaşamaq istəmədiklərini borclunun təsiri olmadan qəti şəkildə bildirdikləri, tələbkarın da məhkəmə iclasında verdiyi izahatında bu halı qəbul etdiyi, icra hərəkətlərinə cəlb edilmiş psixoloq və Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvünün verdiyi rəylərdə uşaqların məcburi qaydada borcludan alınıb tələbkara verilməsinin uşaqlarda çox ciddi psixoloji problemlər yarada biləcəyinə görə mümkün olmamasının göstərildiyi, hazırki icra sənədi ilə əlaqəli olan, Füzuli Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli, 2(064)- 1365/2022 nömrəli digər icra sənədinə əsasən tələbkarın azyaşlı uşaqları - X14 və X9 ilə ünsiyyətdə olmaq hüququnun uşaqların anaları ilə birlikdə getməkdən imtina etmələri səbəbindən Füzuli RİPŞ-nin inzibati binasındakı xidməti otaqda təmin olunduğu, borclunun həmin icra sənədinin də icrasına maneəçilik törətmədiyi, nəhayət, Füzuli RİPŞ tərəfindən 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun borclunun həmin icra sənədini üzrsüz səbəbdən icra etməməsi və ya icra sənədinin icrasına maneəçilik yaratmasına görə deyil, icra sənədinin icra edilməməsindən ibarət nəticəyə görə tələbkarın Füzuli RİPŞ barəsində şikayətlər etməsinə görə tərtib edildiyini müəyyən etmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında borclunun həmin icra sənədinin icra edilməsinə maneəçilik tərətməsinə dair konkret sübut yoxdur. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, borclunun xeyrinə həll edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən, həmin icra sənədinin icra edilməsinin mümkün olmamasının 25 iyun 2011-ci il təvəllüdlü X14 və 23 aprel 2014-cü il təvəllüdlü X3 anaları olan tələbkarla getmək və sonuncunun yanında qalmaqdan qəti şəkildə imtina etmələri ilə bağlı olduğunu xüsusilə nəzərə alır. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığına görə sonuncu barəsində Füzuli RİPŞ tərəfindən tərtib edilmiş 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 04 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-547/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-547/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver