Məhkəmə qərarları › İş №3(064)-56/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-56/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-56/2023 07.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Füzuli rayonu, 2ci Mahmudlu kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, Füzuli rayonu, 2-ci Mahmudlu kəndində qeydiyyatda olan, Füzuli rayonu, Qarabağ kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra - Füzuli RPŞ) daxil olmuş 07 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində “VAZ-2106” markalı, **- GR-*** dövlət qeydiyyat nişanlı avtomobili Əhmədbəyli-Füzuli avtomobil yolunun Füzuli rayonu, Qarabağ kəndi ərazisindən keçən hissəsində idarə edib yolun sol tərəfindən baş yola manevr edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1ci maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Füzuli rayonu, Qarabağ kəndinə ayrılan yol ayrıcında idarə etdiyi avtomobilin X1 idarə etdiyi “Mersedes Benz 200D minik” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilin bir sıra ehtiyat hissələrinin yararsız vəziyyətə düşməsi, zədələnməsi və bərpa edilməsinə görə zərərçəkmiş şəxs X3 maddi ziyan vurmuşdur. Buna görə də Füzuli RPŞ-də araşdırılması aparılmış HK-1/941 nömrəli material üzrə 16 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra Füzuli rayonu YNH-nin baş inspektoru, polis mayoru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 07 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. 13 avqust 2022-ci il tarixdə saat 15 radələrində “VAZ-2106” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili Əhmədbəyli-Füzuli avtomobil yolunun Füzuli rayonu, Qarabağ kəndi ərazisindən keçən hissəsində idarə edib yolun sol tərəfindən baş yola manevr edərkən Füzuli rayonu, Qarabağ kəndinə ayrılan yol ayrıcında idarə etdiyi avtomobil X1 idarə etdiyi “Mersedes Benz 200D minik” markalı **- DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində özünün sağlamlığıma az ağır zərər dəymiş, X1 idarə etdiyi avtomobilin bir sıra ehtiyat hissələri yararsız vəziyyətə düşmüş və zədələnmişdir. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Törətdiyi həmin əməldən səmimi peşimandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 avqust 2022-ci il tarixli protokol və ona əlavə edilmiş hadisə yerinin sxemində göstərilmişdir ki, iş üzrə hadisə Əhmədbəyli- Füzuli avtomobil yolunun Füzuli rayonu, Qarabağ kəndi ərazisindən keçən hissəsində, Füzuli rayonu, Qarabağ kəndinə ayrılan yol ayrıcında baş vermişdir. - 13 avqust 2022-ci il tarixli, 414 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında göstərilmişdir ki, tibbi müayinə zamanı Şəxs sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. - məhkəmə-tibbi ekspertizasının 20 avqust 2022-ci il tarixli, 290/22 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-tibbi müayinə zamanı Şəxs aşkar edilmiş Xİİ döş fəqərəsinin fəsadlaşmamış kompression sınığından ibarət xəsarət bərk küt əşyanın təsirindən törənmiş, 13 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - 25 oktyabr 2022-ci il tarixli, 8/2404 nömrəli məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının rəyində göstərilmişdir ki, “VAZ-2106” markalı, **-GR-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələlərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qaşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz 200” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - “SƏRXAN” avtomotoservis tərəfindən tərtib edilmiş 25 avqust 2022-ci il tarixli, SA 034 nömrəli ziyan aktında göstərilmişdir ki, iş üzrə hadisənin baş verməsi nəticəsində X1 idarə etdiyi “Mersedes Benz 200D minik” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir sıra ehtiyat hissələrinin yararsız vəziyyətə düşməsi, zədələnməsi və bərpa edilməsinə görə zərərçəkmiş şəxs X3 vurulmuş maddi ziyanın məbləği cəmi 5486,00 manat təşkil edir. - X1 Füzuli RPŞ-yə ünvanladığı 17 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, iş üzrə Şəxs ilə barışmışdır. Azərbaycan Respublikası İXM-in: - 334.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xətadır. - 334.3-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, xüsusilə də hər iki sürücünün qarşılıqlı təqsirindən baş verməsi, Şəxs şəxsiyyəti, əmlak vəziyyəti, hadisə nəticəsində sağlamlığına az ağır zərər vurulmasından ibarət xəsarət alması, səmimi peşmançılığı və zərərçəkmiş şəxslə barışıq əldə etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar