Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-560/2024 18.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Füzuli Rayon Məhkəməsinin icraatına Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə ona dəbbə pulu hesablanmışdır. Daha sonra Şəxs barəsində xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırdıqdan sonra işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, hazırkı halda törədilməsi bildirilən inzibati xəta hadisəsi uzanan inzibati xəta olmaqla xx.xx.2023cü ildə (qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçdikdən sonra) başlamış və xx.xx.2024-cü il tarixədək (inzibati məsuliyyətə cəlb etmə müddəti ötənədək), yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Belə ki, “İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” (İXM, maddə 529.3) növünə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, cərimə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixdə inzibati xəta hadisəsi baş vermiş olur və Şəxs bu inzibati xətaya görə ən geci xx.xx.2024-cü il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Halbuki, Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə (inzibati məsuliyyətə cəlbetmə müddəti ötdükdən sonra) məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. 106.0-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətanın törədildiyi gündən dörd ay keçdiyindən bu, işin icraatını rədd edən haldır və buna görə də başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci və 109.2-ci maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Füzuli Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-560/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-560/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver