Məhkəmə qərarları › İş №3(064)-568/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-568/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-568/2023 06.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon PŞ DYPB-nin inspektoru polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tofiq oğlunun iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Nord-Vest” şirkətində işləyən, Yevlax rayonu, Nemətabad kəndində qeydiyyatda olan və müvəqqəti olaraq Füzuli şəhərində yaşayan Şəxs Tofiq oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə Füzuli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Füzuli rayon X5 Vüqar Tofiq oğlu barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, X1 idarə etdiyi “Hova” markalı, **-JE-*** dövlət nömrə nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində işğaldan azad edilmiş Füzuli-Ağdam yolunda yük daşıyıb hərəkətdə olarkən Şəxs Tofık oğlunun idarə etdiyi “Hova” markalı, 99-JT- 899 dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarə etdiyi avtomobil Anar Məhərəmovun idarə etdiyi avtomobilinin arxa sol hissəsinə dəyməsi nəticəsində A.Məhərrəmovun idarə etdiyi avtomobil aşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı Anar Məhərrəmov sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül bədən xəsarəti almışdır. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon PŞ DYPB-nin inspektoru polis mayoru X3 bildirdi ki, Füzuli RPŞ TB-nin təhqiqatçısı, polis mayoru Süleyman Süleymanov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs Tofiq oğlu barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tofiq oğlu özünü Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada cərimələnməsini xahiş etdi. Füzuli RPŞ TB-nin təhqiqatçısı polis mayoru Süleyman Süleymanov tərəfindən sürücü Şəxs Tofiq oğlunun əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Tofiq oğlunun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddasinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tofiq oğlu haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İXM-in 32.1.1 və 32.2-ci maddələrinə əsasən, onun ilk dəfə inzibati xəta törətməsini, səmimi peşmançılığını inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, davranışını və inzibati məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 327.8-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Tofiq oğu Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar