Məhkəmə qərarları › İş №3(064)-57/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-57/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-57/2023 14.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1 Nazim Əmir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsindən (bundan sonra - Qarabağ RDYNİ) daxil olmuş 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlər baxılması üçün Qarabağ RDYNİ-dən Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 43-cü maddəsində həmin Məcəllənin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq səlahiyyəti məhkəmələrə aid edilməmişdir. - 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.16ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-in 40.0.3-cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 518-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Göstərilən hüquq normalarının məzmunundan görünür ki, qanunvericilikdə hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlərə (o cümlədən, Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş) rayon (şəhər) məhkəmələri, fiziki şəxslər və ya vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə müvafiq icra hakimiyyəti orqanlarında baxılması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hüquqi şəxs "xxxx" MMC barəsində deyil, həmin MMC-nin direktoru qismində qəbul edilmiş vəzifəli şəxs kimi Şəxs barəsində tərtib edilmişdir. Məhkəmə buna görə də hesab edir ki, hazırki inzibati xəta haqqında işə məhkəmə deyil, müvafiq səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-in 116-cı maddəsinin tələbinə əməl edilməklə baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Qarabağ RDYNİ tərəfindən Şəxs barəsində tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlər Qarabağ RDYNİ-yə geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar