Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-59/2023 22.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ X8 Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Zobucuq-5 qəsəbəsi, ev 215-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 19 avqust 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra 08 dekabr 2022-ci il tarixdə saat 14:41-də iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsi olan “Kamaz 551” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, üçoxlu yük avtomobilini Horadiz-Füzuli avtomobil yolunun 94-cü km-də yükü olmuş mişar daşı ilə birlikdə ümumi çəkisinin 30985 kq. təşkil etdiyi vəziyyətdə, beləliklə də icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini qanunvericilikdə müəyyən edilmiş, üçoxlu yük avtomobilləri üçün icazə verilən 25 ton həddini aşmaqla idarə etməsi nəticəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətmişdir. Buna görə də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Xİİ Tağım Yolpatrul xidmətinin baş inspektoru, polis mayoru X1 Müqabil İbad oğlu barəsində Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə 08 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərmiş, həmin məhkəmənin 15 dekabr 2022-ci il tarixli, 3(036)1288/2022 nömrəli qərardadı ilə iş materialları baxılması üçün sonuncunun vəsatəti əsasında yaşayış yeri üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə saat 14:41-də “Kamaz 551” markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı, üçoxlu yük avtomobilini Horadiz-Füzuli avtomobil yolunun 94-cü km-də yükü olmuş mişar daşı ilə birlikdə ümumi çəkisi 30985 kq. təşkil edən vəziyyətdə idarə etmişdir. Bu hal həmin avtomobilin 8 nömrəli X3 çəkilməsi nəticəsində müəyyən edilmişdir. Buna görə də barəsində tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törətmişdir. Həmin əməlindən səmimi peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in: - 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. - 353.5-ci maddəsinə əsasən həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində təkrar törətmiş şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 07 iyul 2009-cu il tarixli Qərarının 3.2-ci bəndinə əsasən üçoxlu yük avtomobillərinin icazə verilən ümumi kütləsi 25 ton həddini aşmamalıdır. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - 19 avqust 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 8 nömrəli X5 tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 105618 nömrəli qaimədən görünür ki, Şəxs həmin tarixdə saat 14:41-də Horadiz- Füzuli avtomobil yolunun 94-cü km-də idarə etdiyi, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsi olan “Kamaz 551” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, üçoxlu yük avtomobilinin yükü olmuş mişar daşı ilə birlikdə ümumi çəkisinin 30985 kq. olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 10 (on) ay müddətə məhdudlaşdırılmaqla, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Ona nəqliyyat vasitələrini idarə etmə hüququ 10 (on) ay müddətə məhdudlaşdırılmaqla, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-59/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-59/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver