Məhkəmə qərarları › İş №3(064)-61/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-61/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-61/2024 29.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli rayon PŞ YPX inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Füzuli rayonda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 339-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli RPŞ YPX inspektoru polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında: Füzuli rayon PŞ YPX inspektoru polis kapitanı X2 bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş avtoxuliqanlıq inzibati xətasını törətmişdir. Ona görə də, onun barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, Füzuli rayonu, Zobucuq 2 qəsəbəsində etibarnamə ilə idarə etdiyi **-LE-*** qeydiyyat nömrəli, “Mercedes-Benz E320” markalı avtomaşınla həmin ərazidə avtomobilin təkərlərini davamlı olaraq hərəkət etdirmiş, təkərlərdən səs çıxartmış və yolun asfalat hissəsində çox saylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Bu hərəkətlərini çəkdirərək tik-tok sosial şəbəkəsində paylaşmışdır. Hazırda əməlindən peşmandır. Tərəflərin iştirakları ilə videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi **-LE-*** qeydiyyat nömrəli Mercedes-Benz E320 markalı avtomaşınla maşının təkərlərini davamlı olaraq hərəkət etdirmiş, təkərlərdən səs çıxartmış və yolun asfalat hissəsində çox saylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Həmin vaxt ətrafda kənar şəxslərin olması müşahidə edilir. Azərbaycan Respublikası İXM-in: 511.1. avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Şəxs idarə etdiyi **- LE-*** qeydiyyat nömrəli Mercedes-Benz E320 markalı avtomaşınla həmin ərazidə maşının təkərlərini davamlı olaraq hərəkət etdirmiş, təkərlərdən səs çıxartmış və yolun asfalat hissəsində çox saylı təkər izləri buraxaraq avtoxuliqanlıq etməsi müşayiət olunmuşdur. Göründüyü kimi, Şəxs əməllində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə nəzərdə tutulan əməli törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati tənbehə məruz qalmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş digər inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi İXM-in 511.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həm də onu qeyd edir ki, Şəxs nümayişkaranə şəkildə ictimai qayda əleyhinə inzibati xəta törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 105-115 və 511.1.3-cü maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən saat 15:30-dan hesablansın. Qərar dərhal icra olunsun, Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar