Məhkəmə qərarları › İş №3(064)-614/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-614/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-614/2023 26.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Füzuli RPŞ-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs Babaşov Amil Raqif oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi, ev 16-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Füzuli RPŞ-nin polis sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibatı xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Babaşov Amil Raqif oğlu ilə aralarında yaranmış mübahisə zamanı Amil Babaşova bıçaqla dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş və **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 50 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi X2 bildirdi ki, Füzuli RPŞ-nin TB-nin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMin 157 və 232-1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibatı xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Babaşov Amil Raqif oğlu ilə aralarında yaranmış mübahisə zamanı Amil Babaşova bıçaqla dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş və **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 50 manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs Babaşov Amil Raqif oğlu bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş və avtomobilinə 50 manat məbləğində ziyan vurmuşdur. Hazırda ona vurulmş ziyan ödənidiyindən və Şəxsla barışdığından şikayəti və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 157 və 232-1-ci maddələri ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Babaşov Amil Raqif oğlu ilə aralarında yaranmış mübahisə zamanı Amil Babaşova bıçaqla dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş və **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 50 manat məbləğində ziyan vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, barəsində olan inizbati işə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in: 39.1. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 39.2-ci maddəsində deylir ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs vurduğu ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxs A.Babaşovla barışdığına görə barəsində AR İXM-in 157 və 232-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMin 30-34, 106-115, 157 və 232-1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1 maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar