Məhkəmə qərarları › İş №3(064)-615/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-615/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-615/2023 27.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Füzuli rayonunda doğulmuş, evli, işləməyən, Füzuli rayonu, Komsomol küçəsi, ev 14-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN 14776243 saylı inzibati xəta haqqında protokolda və ona əlavədə qeyd etmişdir ki, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(003)- 1544/2023 saylı icra sənədinə əsasən Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2018-ci il tarixli 2(001)-1292/2018 saylı qətnaməsi ilə müəyyən edi miş alimentin miqdarı dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclunun bu günə 300 manat aliment borcu vardır.İcra sənədi üzrə 30 avqust 2023-cü il tarixdə icraata başlamaq haqqında qəiar edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs yaşadığı ünvana gör dərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir.İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə borclu Şəxs cj |luna rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan aliment borcunu tələbkarın xeyrinə Ödəməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan aliment borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdın Bİu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərə telefon vasitəsi ilə şöbəyə dəvət edilmiş lakin icra nəmurunun çağırışlarına gəlmədiyi onun barəsində 05 oktyabr 2023-cü il tarixdə axtarış qərarı verilmiş və 27 oktyabr 2023-cü il tarixdə Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclu Şəxs alınmış izahatda o, yığılmış aliment borcundan, bu günə heç bir ödəniş edə bilməyəcəyini 14 noyabr 2023-cü il tarixədək yığılmış 300 manat aliment borcunu və aylıq 200 manat alimentini ödəyəcəyini bildirmişdir. Ona görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 300 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, son iki ayın cəmi 400 manat alment borcunu ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən ona xəbərdarlıq edilmiş və bundan sonra o, 100 manat ödəyə bilmişdir. Qalan borcu qısa müddət ərzində ödəyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs vəkili X2 bildirdi ki, borclu son iki ayın cəmi 400 manat alment borcunu ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən ona xəbərdarlıq edilmiş və bundan sonra borclu 100 manat ödəyə bilmişdir. Qalan borcu isə qısa müddət ərzində ödəyəcəyinə söz verir. Odur ki, işə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, borclu Şəxs tələbkara olan cəmi 400 manat aliment borcundan ona edilmiş xəbərdarlıqdan sonra 100 manat ödəniş etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar), eləcə də daimi iş yeri və stabil gəliri aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədini icra etməmə o halda qərəzli sayılır ki, borcluya rəsmi xəbərdarlıq edildikdən sonra da icra etməmə davam etmiş olsun. Lakin işin faktiki halı onu göstərir ki, borclu Şəxs ona edilmiş xəbərdarlıqlardan sonra 100 manat ödəniş etmişdir. Bundan başqa, borclu qalan 300 manat aliment borcunu qısa müddət ərzində ödəyəcəyi barədə məhkəmə əminlik yaratmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclunun əməllərində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi halları müşahidə olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, K.Məhərrəmli barəsində AR İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməli, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borclu K.Məhərrəmli «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMnin 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İcra sənədi üzrə borclu Şəxs izah olunsun ki, icra sənədi üzrə borcun qalan hissəsini ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar