Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-62/2025 30.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx.xx.1965-ci il tarixində Füzuli rayonu doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 17 oktyabr 2024-cü il tarixdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində yerləşən əkin sahəsində aralarında yaranmış mübahisə zaman X1 əl nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati tənbeh tədbiri görülməsi məsələsinə baxılmasından ötrü toplanmış material qərarla birgə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X4 oğlu izahatında bildirdi ki, Şəxs 17 oktyabr 2024-cü il tarixdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində yerləşən əkin sahəsində aralarında yaranmış mübahisə zaman X1 əl nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək, X5 xəsarət yetirmədiyini və onu döymədiyini bildirdi. Zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, Şəxs 17 oktyabr 2024-cü il tarixdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində yerləşən əkin sahəsində aralarında yaranmış mübahisə zaman onun sol əl nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, ona görə də, onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Füzuli RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 330/24 saylı rəyindən görünür ki, X1 əlinin İV və V barmaqlarında yumuşaq toxumaların əzilməsi olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş və müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən tərəflərin izahatları, ekspert rəyi və digər iş sənədləri ilə Şəxs AR İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-62/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-62/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver