Məhkəmə qərarları › İş №3(064)-622/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-622/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-622/2023 02.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Füzuli Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-in: - 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1.-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, EQ 15531666 nömrəli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 50 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol sonuncunun həmin cəriməni ödəməməsinə görə tərtib edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş elektron sorğunun surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə göstərilən qanunvericilik normaları və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Şəxs ölməsindən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Füzuli Rayon Polis Şöbəsi Şəxs xx.xx.2022-ci il tarixdə ölməsindən sonra barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə Azərbaycan Respublikası İXM-in 53.1.8ci maddəsinin tələbini pozmuşdur. Buna görə də hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: imza var. əsli ilə düzdür. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar