Məhkəmə qərarları › İş №3(064)-625/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-625/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-625/2025 15.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3500 (üç min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2021-ci ildə “X6 Mərkəzi” X8 Dəstək xidmətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri onun işlədiyi müəssisəyə gələrək tibbi tullantıların daşınması və emalı yerlərinin müəyyən olunmaması ilə bağlı rəhbərliklə söhbət aparıb müəssisəni tərk etmişlər. Lakin, 25 iyul 2025-ci il tarixində Füzuli Rayon İcra və Probasiya Şöbəsindən onun ünvanına daxil olmuş məktubdan məlum oldu ki, həmin idarənin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati qərarla barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə tətbiq edilmiş, cərimənin məbləği isə faiz hesabı ilə artaraq halhazırda 5600 manata çatmışdır. Bundan sonra o, ETSN-nin 9 sayh Regional İdarəsinin əməkdaşları ilə əlaqə saxlayaraq, bu qərarın nə üçün məhz onun barəsində qəbul olunduğunu, işə dair heç bir məlumatının olmadığını və qərarın verilməsi zamanı niyə tərəfi məlumatlandırılmadığını soruşsa da, onlar məsuliyyətdən yayınaraq müxtəlif bəhanələr gətirmiş və nəhayət, yalnız məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Qeyd etmək istəyir ki, dəstək xidmətlər şöbəsinin müdiri vəzifə təlimatına əsasən, tibbi tullantıların daşınması və emalı ilə bağlı yerlərin müəyyən olunması üzrə hər hansı səlahiyyət və vəzifə öhdəliyi olmamışdır. O, həmin qərarın surətini dəfələrlə tələb etsə də, indiyədək təqdim edilməmişdir. Qərarın surətini yalnız icra məmurundan əldə etməyə nail olmuş və bu əsasla məhkəməyə şikayət verməyə məcbur qalmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri tamamilə əsassız, qanunsuz və hüquqi əsasdan məhrumdur. Məhkəmə iclasının vaxtı və yeri barədə X3 xəbərdar olunmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və lakin o, məhkəməyə teleqram ünvanlayaraq məhkəımənin iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı əsaslı və qanunidir, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən 3500 (üç min beş yüz) manat cərimə olunması barədə qərar qəbul etmişlər. -3 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönədilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi təəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, X1 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar əsasında 3500 manat cərimə və 2100 manat dəbbə pulu hesablamaqla ondan tutulub idarənin hesabına keçirilməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. -Füzuli rayon İcra və Probasiya şöbəsi tərəfindən Füzuli Rayon Mərkəzi Xəstəxansı publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2025-ci l tarixli məktubdan görünür ki, X2 aylıq əmək haqqısının 30 faizi miqdarında pul tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin hesabına köçrülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 126.1 Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə X5 “X6 Mərkəzi” X8 tibbi tullantıların daşınması və emal yerlərinin müəyyən edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək b arəsində 3500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X5 tərəfindən 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin rəi vəzifəsini müvəqqəti icra edən israfil Paşayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatda qeyd olunur: “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, “X6 Mərkəzi” X8 Dəstək xidmətlər şöbəsinin müdiri vəzifəsində çalışıram. X4 direktorunun xx.xx.2021-ci il tarixli 12 nömrəli əmri əsasında mən tibbi tullantılara nəzarət və tibbi tullantıların idarə edilməsi üzrə məsul şəxsəm. Mərkəz Diaqnostikadan kənarda yerləşən ərazidə ekskavator vasitəsilə qazılmış quyuya atılaraq məhv edilir. Həmin əraziyə tibbi tullantılar Diaqnostikadan əmələ gələn zərərli və zərərsiz tullantılar əraziyə atılır.” Göründüyü kimi X5 şikayət ərizəsində qeyd etdiklərinin əksinə olaraq onun barəsində qəbul olunmuş qərardan da xəbardar olmuş və eyni zamanda həmin inzibati xətanı törətməsini özü etiraf etmişdir. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan uzun müddət, yəni 4 ildən artıq müddət keçdikdən sonra həmin qərarı vaxtında mübahisələndirməməsini qərardan xəbərsiz olması ilə əsaslandırsa da, iş materialları ilə bunu təsdiq edən hər hansı sübut müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. X5 şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X2 Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar