Məhkəmə qərarları › İş №3(064)-649/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-649/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-649/2023 20.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 493 və 502-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100- 02731/23 saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədləri, yəni AQTA-dan icazə sənədini 45 gün müddətində təqdim etməmiş və ticarət siyasəti tədbirinə aid olan **********5370 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan istehsal edən ölkə Türkiyə, 42 yer/2995 ədəd olan bioloji fəallığa malik qida əlavələri –NEUROPREN 120 ML SYRUP adlı yükünün ölkə ərazisinə idxalına AQTA-dan icazə sənədini ala bilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etmirdilər. İş materiallarına əlavə edilmiş: Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən 3-33-/3-1-022699/2023 saylı, xx.xx.2023-cü il tarixli raport, **********5370 sorğu nömrəli Gömrük bəyənnaməsi, Gömrük xidmətinin “Vahid Avtomatlaşdrılmış idarəetmə sistemi”informasiya resursundan çıxarışlar, izahatlar və işdə olan digər sənədlərlə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 493 və 502-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 493-cü maddəsində göstərilir ki, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 502-ci maddəsində göstərilir ki, barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115, 493 və 502-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 493 və 502-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Şəxs MMC-yə Azərbaycan Respublikası İXM-in 493-cü maddəsi ilə 300 ( üç yüz) manat, Azərbaycan Respublikası İXM-in 502-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 42 yer/2995 ədəd olan bioloji fəallığa malik qida əlavələri –NEUROPREN 120 ML SYRUP adlı yükün müsadirə edilməsi növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, Şəxs MMC-yə daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 502-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 42 yer/2995 ədəd olan bioloji fəallığa malik qida əlavələri – NEUROPREN 120 ML SYRUP adlı yükün müsadirə edilməsi növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar