Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-65/2023 15.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X sədrliyi, məhkəmə iclasının katibi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Füzuli şəhəri, Azadlıq küçəsi, ev 40-da qeydiyyatda olmaqla, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi, ev 289-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 15 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş 13 iyul 2018-ci il tarixli, 2(064)80/2018 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİP-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin böyük icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin böyük icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(064)80/2018 nömrəli icra sənədinə əsasən Şəxs (bundan sonra - borclu) 07 fevral 2009-cu il tarixdə doğulmuş X3 və 18 dekabr 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatmasınadək saxlanılmaları üçün 14 sentyabr 2017-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X5 (bundan sonra – tələbkar) ödənilməlidir. Həmin icra sənədi üzrə 07 avqust 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmiş, 15 fevral 2023-cü il tarixdə isə sonuncuya şəxsən imza etdirməklə təqdim etmişdir. Borclu tələbkara aliment borclarını ödəmədiyinə görə 20 avqust 2018-ci il tarixdə borclunun yaşadığı ünvana həmin icra sənədini beş gün müddətində tam icra etməli olduğu, əks halda barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi haqqında yazılı qaydada xəbərdarlıq göndərmişdir. Borclu icra sənədini icra etmədiyinə görə 30 avqust 2018-ci il tarixdə sonuncunun yaşadığı ünvana getmiş, borclunun həmin ünvanda yaşamadığını müəyyən etmişdir. Borclunun olduğu yer məlum olmadığına görə 31 avqust 2018-ci il tarixdə sonuncunun axtarılması barədə qərar qəbul edib Füzuli Rayon Polis Şöbəsinə göndərmiş, Füzuli RPŞ-də borclu barəsində axtarış işi açılmışdır. 15 fevral 2023-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən borclu tapılıb Füzuli RİP-ə gətirilmişdir. Borclu 14 sentyabr 2017-ci il tarixdən hesablanmış cəmi 14200,00 manat aliment borcundan tələbkara ümumiyyətlə ödəniş etməmişdir. Bu hal tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Tələbkar borcludan aliment borcunu birdəfəlik tam həcmdə ödəməsini tələb edir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 15 fevral 2023-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Ona görə ki, 13 aprel 2018-ci il tarixdən 13 fevral 2023-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olsa da, hazırki iş üzrə icra sənədindən valideynlərinin ona bu barədə deməsi əsasında vaxtında məlumatlı olmuşdur. İş üzrə tələbkar X5 olan aliment borcundan ümumiyyətlə ödəniş edə bilməməsini göstərdiyi müddət ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə izah edir. Tələbkara aliment borcunu dərhal 1000,00 manat, bundan sonrakı 20 gün ərzində daha 1000,00 manat, bundan sonra isə hər ay 500,00 manat məbləğində pul verməklə ödəyə bilər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında 15 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də Şəxs 13 aprel 2018-ci il tarixdən 13 fevral 2023-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olsa da, məhkəmə iclasında verdiyi izahatında etiraf etdiyi kimi, hazırki iş üzrə icra sənədindən vaxtında məlumatlı olmasını etiraf etməsi əsasında icra məmurunun Şəxs yaşadığı ünvana həmin icra sənədini icra etməsi üçün yazılı qaydada xəbərdarlıq göndərsə də, sonuncunun həmin icra sənədi üzrə tələbkara ümumiyyətlə ödəniş etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Məhkəmə bu barədə nəticəyə gələrkən, Şəxs 13 aprel 2018-ci il tarixdən 13 fevral 2023-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasının onun göstərilən icra sənədi barədə məlumatlı olduğu halda, icra sənədini icra etmək vəzifəsindən azad etmədiyini də nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 fevral 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-65/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-65/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver