Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-650/2023 07.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan, Füzuli rayonu, Horadiz şəhərində müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 07 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 07 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng mərkəzi”nə Füzuli rayonu, Horadiz şəhərində yerləşən çay evində X2 ilə aralarında münaqişə olması barədə verdiyi məlumatı ilə əlaqədar sonuncu ilə birlikdə polis əməkdaşları tərəfindən Füzuli Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada təxminən 20-25 dəqiqə ərzində sərxoş vəziyyətdə uca səslə nalayiq sözlər deməsi, həmin hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etdirib Şöbənin iş rejimini pozması nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X3 07 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə saat 24 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən çay evində X2 ilə onun arasında münaqişə olmuş, buna görə də 07 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng mərkəzi”nə bu barədə məlumat vermişdir. Bununla əlaqədar polis əməkdaşları onu və X4 Rayon Polis Şöbəsinə gətirmişlər. Orada olarkən o və Şəhriyar Həsənov təxminən 20-25 dəqiqə ərzində sərxoş vəziyyətdə uca səslə bir-birinə qarşı nalayiq sözlər demiş, polis əməkdaşları onları intizama dəvət esələr də, həmin hərəkətlərini davam etdirmişlər. Törətdiyi həmin əməlindən səmimi peşimandır. Məhkəmə iclasında müdafiəçi Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Füzuli RPŞ-də aparılmış inzibati araşdırma zamanı Füzuli RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi, polis serjantı X5 verdikləri izahatlarında işin müvafiq halları barədə Şəxs ilə eyni məzmunda göstərmişlər. İş materiallarına əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli, 754 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda müayinə zamanı Şəxs sərxoş vəziyyətdə olmasının müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxsnun iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Füzuli RPŞ-də aparılmış inzibati araşdırma zamanı X5 verdikləri izahatları, 07 noyabr 2023-cü il tarixli, 754 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polisin qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 535-ci maddənin sanksiyasında bir ayadək, 510-cu maddənin sanksiyasında isə on beş günədək müddətə nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs törətdiyi əmələ münasibədə səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə və təqsirini etiraf etməsini isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, təqsirli bilindiyi həmin Məcəllənin 535.1-ci maddəsi üzrə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığı və təqsirini etiraf etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halları, eləcə də Goranboy Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 3(045)686/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 50 manat məbləğində inzibati cərimə təyin edilməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Şəxs həbs edilməsinin əvvəli 07 noyabr 2023-cü il tarix, saat 18:00-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun həbsetməsinin əvvəli 07 noyabr 2023-cü il tarix, saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-650/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-650/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver