Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-660/2023 25.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyev Taleh Ramiz oğlunun katibliyi, şikayət verən şəxs X1 iştirakı ilə X1 Xİİ tağım YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 Xİİ tağım YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Şəki şəhərindən Füzuli rayonu istiqamətində hərəkət edərkən DYP-nin əməkdaşları tərəfindən saxlanılmış və saxlanılma səbəbinin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatının pozulması olduğu bildirilmişdir. Lakin şikayətçi ona bildirilənlərə etiraz etmişdir. ASAN ödəniş portalına daxil olduqda həmin inzibati xətanın törədilməsi barədə hər hansı sübutun olmadığının şahidi olduğunu bildirmişdir Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xİİ tağım YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X3 yol hərəkəti qaydalarını pozduğu üçün AR İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, şikayət verən şəxsin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair Xİİ tağım YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı protokol üzrə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, X1 İXM-nin 327.2-ci maddəsilə xx.xx.2023-cü il tarixdə 80 manat məbləğində inzibati qayadada cərimə edilməsinə səbəb olmuş əməlin törədilməsini təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İnzibati tənbeh vermə haqqında qarardan verilmiş şikayətin araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polis idarəsinə inzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntünün və digər iş materiallarının Füzuli Rayon Məhkəməsinə təqdim edilməsi üçün müvafiq məktub göndərilmişdir. Lakin Baş Dövlət Yol Polis idarəsi tərəfindən həmin inzibati xətanı özündə əks etdirən hər hansı videogörüntü və ya iş materialı məhkəməyə təqdim edilməmişdir. Hüquqi əsaslandırma: İXM-nin 3-cü maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 75-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar sırasında həmin məcəllənin 75.0.1-ci maddəsində öz əksini tapan inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) olmasıdır. İXM-nin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin məcəllənin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmin məcəllənin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Baş Dövlət Yol Polis idarəsinə inzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntünün və digər iş materiallarının Füzuli Rayon Məhkəməsinə təqdim edilməsi üçün müraciət olunsa da məhkəməyə həmin idarə tərəfindən sözügedən inzibati xətanın törədilməsini özündə əks etdirən sübut təqdim edilməmişdir. İXM-nin 135-ci maddəsində mövcud olan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasında həmin məcəllənin 135.1.3-cü maddəsində göstərilən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsidir. Beləliklə, müəyyən olunmuşdur ki, X1 İXM-nin 327.2-ci maddəsilə xx.xx.2023-cü il tarixdə 80 manat məbləğində inzibati qayadada cərimə edilməsinə səbəb olmuş əməlin törədilməsini təsdiqləyən hər hansı mötəbər sübut yoxdur. Belə olan halda, X3 barəsində İXM-nin 327.2-ci maddəsilə verilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 75, 76, 83, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Xİİ tağım YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-660/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-660/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver