Məhkəmə qərarları › İş №3(064)-67/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-67/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-67/2023 20.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 19 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 18 fevral 2023-cü il tarixdə Füzuli rayonu ərazisindən Şuşa şəhərinə kimi işğaldan azad edilmiş ərazilərdə qurulmuş bir neçə stasionar polis postlarını alternativ yollarla xüsusi icazə olmadan, yəni qanunsuz olaraq keçib Şuşa şəhəri ərazisinə daxil olmaqla bunun qarşısının alınması məqsədilə polisin etdiyi müvafiq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 19 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi 19 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 18 fevral 2023-cü il tarixdə qohumu X3 ilə birlikdə Şuşa şəhərinə getmək məqsədilə Füzuli rayonu, Alıxanlı kəndindən başlayaraq Şuşa şəhərinə kimi işğaldan azad edilmiş ərazilərdə qurulmuş bir neçə stasionar polis postlarını alternativ yollarla xüsusi icazə olmadan, yəni qanunsuz olaraq keçməklə Şuşa şəhəri ərazisinə daxil olmuş, saat 23:50-də Şuşa şəhəri ərazisindəki stasionar polis postunda polis əməkdaşları tərəfindən saxlanılmış, 19 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində Şuşa RPŞ-yə gətirilmiş, həmin tarixdə günün ikinci yarısında Füzuli RPŞ-yə təhvil verilənədək Şuşa RPŞ-də saxlanılmışlar. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan, Şuşa RPŞ-nin 19 fevral 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş raportda göstərilmişdir ki, 18 fevral 2023-cü il tarixdə Şəxs və X1 rayonu ərazisindən Şuşa şəhərinə kimi işğaldan azad edilmiş ərazilərdə qurulmuş bir neçə stasionar polis postlarını alternativ yollarla xüsusi icazə olmadan, yəni qanunsuz olaraq keçməklə Şuşa şəhərinə daxil olarkən saat 23:50-də oradakı stasionar polis postunda polis əməkdaşları tərəfindən saxlanılmış, barələrində müvafiq tədbir görülməsi üçün 19 fevral 2023-cü il tarixdə Füzuli RPŞ-yə təhvil verilmişlər. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasından ibarət olduğuna, iş materialları əsasında Şəxs müvafiq inzibati xətanı törətməsi səbəbindən 18 fevral 2023-cü il tarixdə saat 24 radələrində Şuşa RPŞ-nin əməkdaşları tərəfindən Şuşa şəhərindəki stasionar polis postunda saxlanılıb 19 fevral 2023-cü il tarixdə saat 00:30-da Şuşa RPŞ-yə gətirilməsi, Füzuli RPŞ-yə təhvil verilənədək Şuşa RPŞ-də saxlanıldığı müəyyən edildiyinə görə iş materiallarında olan “İnzibati qaydada tutma haqqında” AZA 002580 nömrəli protokolda Şəxs 19 fevral 2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulduğu göstərilsə də, sonuncu barəsində həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 19 fevral 2023-cü il tarix saat 00:30-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun barəsində həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 19 fevral 2023-cü il tarix saat 00:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar