Məhkəmə qərarları › İş №3(064)-670/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-670/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-670/2025 17.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 7 saylı Qarabağ Regional bölməsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Füzuli rayonu Mahmudlu-2 kəndində yerləşən “Süd emalı sexində formalaşan tullantı sularının kənara təyinatsız olaraq axıdılması faktı aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 7 saylı Qarabağ Regional bölməsinin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protokolu müdafiə etdiyini bildirmiş və məhkəmədən inzibati xəta törədən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 7 saylı Qarabağ Regional bölməsi tərəfindən barəsində tərib olunmuş protokola etirazı yoxdur. Belə ki, Füzuli rayonu Mahmudlu-2 kəndində yerləşən Süd Emalı sexində tullantı suları kənara təyinatsız axıdılmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra törətdiyi inzibati xətanı aradan qaldırmışdır. Bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Füzuli rayonu Mahmudlu-2 kəndində yerləşən “Süd emalı sexində formalaşan tullantı sularını kənara təyinatsız olaraq axıdılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs VÖEN-i vardır. Lakin şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, qeyd olunan inzibati xəta haqqında protokol vəzifəli şəxs barəsində deyil, fiziki şəxs barəsində tərtib olunmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokol vəzifəli şəxs barəsində tərtib olunduğu təqdirdə həmin vəzifəli şəxsin VÖEN-i əlavə olunmalı, onun vəzifəsi dəqiq müəyyən edilməklə protokolda bu barədə məlumatlar göstərilməli idi. Hazırki inzibati xəta haqqında protokolda vergi ödəyicisinə aid məlumatlar öz əksini tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xətanı fiziki və ya vəzifəli şəxs olmasından asılı olmayaraq Şəxs törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, törətdiyi inzibati xətanı aradan qaldırmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1993-cü il tarixdə ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar