Məhkəmə qərarları › İş №3(064)-675/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-675/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-675/2023 20.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, "xxxx" MMC-də işləyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, Füzuli rayonu, və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 17 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 17 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən Diaqnostika Mərkəzində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, arvadı Diaqnostika Mərkəzində xadimə işləyir. Arvadına qarşı Diaqnostika Mərkəzinin işçiləri tərəfindən hörmətsizlik edildiyi üçün həmin mərkəzdə ilkin səhiyyə xidmətinin rəhbəri işləyən Zərərçəkmiş şəxs yanına getmiş. Zərərçəkmiş şəxs iş otağında sonuncu ilə aralarında mübahisə yaranmış, sonra isə səs-küyə səbəb olan qarşıdurma baş vermişdir. Stolun üzərində olan stəkanı oradan götürsə də Zərərçəkmiş şəxs atmadığını, eyni zanmanda onun ünvanına nalayiq ifadələr işlətmədiyini bildirdi. Törətdiyi əməldən peşiman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 işin halları barədə Şəxs ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində onun iş otağına gələrək ona qarşı aqressiv hərəkətlər edərək nalayiq sözlər işlətmiş və stolun üzərindəki stəkanı götürərək ona atmaq istəmiş, lakin işçilərin müdaxiləsindən sonra Şəxs oradan kənarlaşdırılmışdır. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs daha yüngül inzibati tənbeh növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahid qismində dindirilmiş şəxslərin verdikləri izahatları, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs etdiyi əməl Diaqnostika Mərkəzinin iş rejiminin, beləliklə də ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan 034579 nömrəli vəsiqənin surətindən müəyyənolunur ki, Şəxs müharibə veteranıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, müharibə veteranı olmasını isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığı və müharibə veteranı olmasından ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin ən aşağı həddə tətbiq edilməsi kifayətdir. Şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar