Məhkəmə qərarları › İş №3(064)-690/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-690/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-690/2023 06.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, X1 inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayətinə baxaraq, müəyyən etdi: X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, mərhum əri X4 mülkiyyətində olmuş və miras qalmış “HYUNDAİ SANTAFE” markalı, Az ** MP *** dövlət qeydiyyat nişanlı avtomaşına hesablanmış əlavə cərimə məbləğlərinin (EQ16044389, EQ16046969, EQ16206746, EQ16674296, EQ17223994 və EQ17825632 nömrəli elektron qərarlar üzrə) silinməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ç.Bayramova şikayətində göstərmişdir ki, mərhum əri X7 11 iyul 2022-ci il tarixə vəfat etmiş, Füzuli rayonu notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 17 noyabr 2023-cü il tarixli şəhadətnaməyə əsasən o, və qızı X5 ərinin mülkiyyətində olmuş və miras qalmış “HYUNDAİ SANTAFE” markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomaşınından 1/2 hissədə miras almışdır. Mərhum əri Adəm Bayramov vəfat etdikdən sonra o, onun qanuni vərəsəsi kimi həmin avtomaşın idarə olunan vaxtlarda avtomaşında olmuşdur. Avtomaşınla 02, 11 avqust, 04 sentyabr, 02 oktyabr və 02 noyabr 2023-cü il tarixlərdə sürət həddini aşmağa və həmçinin avtomaşının texniki baxışdan keçirilməməsinə görə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş və materiallar toplanaraq baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Onun həmin cərimələrin tətbiq olunmasından heç bir məlumatı olmamışdır. Füzuli Rayon Məhkəməsində inzibati xəta haqqında materiallara baxılaraq onun nəqliyyat vasitələrinin idarəetmə hüququ məhdudlaşdırılmışdır. İnzibati tənbehlər üzrə tətbiq olunmuş cərimələrin bir qismi ödənilmişdir. Mərhum əri Adəm Bayramov vəfat etdiyinə və onun həmin cərimələrdən məlumatı olmadığına görə cərimələrin bir qismi ödənilməmiş qalmışdır. Ona görə də, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 və Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq onlar (digər tərəfin nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət əsaslı sayılaraq təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli, 2V-210 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X4 vərəsələri: arvadı X3 və qızı X5 hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. xx.xx.2023-cü il tarixli, EQ16044389, xx.xx.2023-cü il tarixli, EQ16046969, xx.xx.2023-cü il tarixli, EQ16206746, xx.xx.2023-cü il tarixli, EQ16674296, xx.xx.2023-cü il tarixli, EQ17223994 və xx.xx.2023-cü il tarixli, EQ17825632 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-in 328.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinib hər bir qərarla 300 manat olmaqla cəmi 1.800 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etsə də onun barəsində xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası İXM-in 328.1 və 339.1-1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında elektron qərarlar yazılmaqla hər bir qərarla 300 manat olmaqla cəmi 1.800 manat inzibati cərimə edilmişdir. Göründüyü kimi, A.Bayramovun vəfat etdiyi tarixdən sonra onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-in bir neçə maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Ç.Bayramovanın şikayəti əsaslı olduğundan təmin edilməli və mərhum A.Bayramov barəsində qeyd olunan maadələrlə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə. 134.1.3-cü maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlar qəbul edilir. 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi. 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Məhkəmə bir məqama da diqqət yetirməyi zəruru hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, hazırkı iş üzrə X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə biləcək subyektlərin sırasına aid deyil. Lakin məhkəmə hesab edir ki, Ç.Bayramova barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxs A.Bayramovun vərəsəsi olduğundan və qeyd olunan “HYUNDAİ SANTAFE” markalı, Az ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyində olduğundan qəbul olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarlar onun mənafeyinə toxunur və hətta belə demək mümkündürsə mülkiyyət hüququnu məhdudlaşdırır. Belə olan halda, Ç.Bayramovanın vərəsə kimi qeyd olunan qərarlardan şikayət verməsi istisna olunmamalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 135 və 272-ci maddələrini rəhbər tutaraq, qərar verdi: X1 şikayəti təmin olunsun. X4 Azərbaycan Respublikası İXM-in 328.1 və 339.1-1-ci maddələrinin hər biri ilə 300 manat inzibati cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, EQ16044389, xx.xx.2023-cü il tarixli, EQ16046969, xx.xx.2023-cü il tarixli, EQ16206746, xx.xx.2023-cü il tarixli, EQ16674296, xx.xx.2023-cü il tarixli, EQ17223994 və xx.xx.2023-cü il tarixli, EQ17825632 inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilsin və A.Bayramov barəsində həmin maddələrlə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X6 xx.xx.2023-cü il tarixli, EQ16044389, xx.xx.2023-cü il tarixli, EQ16046969, xx.xx.2023-cü il tarixli, EQ16206746, xx.xx.2023-cü il tarixli, EQ16674296, xx.xx.2023-cü il tarixli, EQ17223994 və xx.xx.2023-cü il tarixli, EQ17825632 inzibati tənbeh vermə haqqında qərarlara əsasən hesablanmış cəmi 1.800 manat inzibati cərimə silinsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar