Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-697/2023 27.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində oğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində sərxoş halda Füzuli rayonu, Horadiz şəhərində Füzuli RPŞ-nin DYP-nin əməkdaşlarının ünvanına uca səslə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X3 bildirdi ki, Şəxs xx.xx.2023cü il tarixdə, saat 22 radələrində sərxoş halda Füzuli rayonu, Horadiz şəhərində Füzuli RPŞ-nin DYP-nin əməkdaşlarının ünvanına uca səslə nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə onun 50 illik doğum gününü qeyd etmək üçün yaxın qohumları ilə kafedə yeyib-içmişlər. Bundan sonra onlar evə qayıdan zaman onun qohumu Zəfər Məmişovun idarə etdiyi avtomobil Füzuli RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman mübahisə yaranmış və o da, həmin vaxt polis əməkdaşlarına yaxınlaşaraq polis əməkdaşı ilə mübahisə etmiş, lakin polis əməkdaşı ona xəbərdarlıq edərək icazə vermədikdə sərxoş vəziyyətdə olduğundan əsəbləşərək polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş: Füzuli RPŞ DYPB YPX-nin inspektorları polis baş serjantları Vüqar Əhmədov və Nail Həsənli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 22 radələrində dislokasiya üzrə Füzuli rayon, Horadiz şəhərində Füzuli RPŞ-nin YPX-nin inspektoru polis serjantı Nail Həsənli ilə xidmətdə olarkən VAZ 21064 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zamanı manevr etmə qaydalarını pozudğu üçün sürücüyə tərəfimizdən saxla işarəsi verildi bundan sor ra sürücü Zəfər Məmişovun sərxoş olması müəyyənm olunduğu üçün RPŞ-nə dəvət olunsada sürücünün ətrafdan gələn sürcünün qohumları Camal Camalzadə, Yasin Camalzadə və Bəxtiyar Camalzadə bizim ünvanımıza nəlayiq söyüşlər söyməyə başladılar biz onlaıı intizama dəvət etsələrdə onla bizim qanuni tələbimizə tələb olmadılar, biz bununla bağ ı RPŞ-nin növbətçi hissəsinə radiostasniya vasitəsilə məlumat verdik, daha sonra bizə kömək gəldi. Biz həmin şəxsləri RPŞ-nə gətirdikdən sonra həmin şəxslər yenədə öz hərəkətlərini RPŞ-nin inzibati binasında 25-30 dəqiqə müddətinə davam etdirdilər. RPŞnin inzibati binasında polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışsalarda yuxarıda adları qeyd olunan şəxslər öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 789 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti vardır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs qeyd olunan maddələrlə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inizabi tənbeh tədbiri görülməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, İXM-in 32.1, 32.1.1 və 32.2-ci maddələrinin tələbinə əsasən, onun səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun inzibati məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.3-cü maddəsində qeyd olunur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə məyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsində qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun ayrılıqda İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati cərimə edilməsini və İXM-in 34.3-cü maddəsi tətbiq olunmaqla daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası KMP 2 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki,
1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq,
QƏRAR VERDİ:
Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq olunmaqla daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov