Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-698/2023 27.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “ANAMA”-da mina axtaran işləyən, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 15-də qeydiyyatda olmaqla Füzuli rayonu, Horadiz şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhərində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmayıb, polis şöbəsində öz hərəkətlərini davam etdirərək uca səslə səs-küy salıb polisin ünvanına nalayiq ifadələr işlədib, iş rejimini pozmuşdur. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhərində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmayıb, polis şöbəsində öz hərəkətlərini davam etdirərək uca səslə səs-küy salıb, polisin ünvanına nalayiq ifadələr işlədib iş rejimini pozmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, atasının doğum gününü restoranda qeyd etdib evə qayıdan zaman onu, atasını və qardaşını polis əməkdaşları saxlamış və bu zaman polis əməkdaşları ilə onlar arasında qarşıdurma olmuş, sərxoş olduğundan bütün təfərrüatlar yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhərində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmayıb, polis şöbəsində də öz hərəkətlərini davam etdirərək uca səslə səs-küy salıb, polisin ünvanına nalayiq ifadələr işlədib iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhərində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmayıb, polis şöbəsində də öz hərəkətlərini davam etdirərək uca səslə səs-küy salıb, polisin ünvanına nalayiq ifadələr işlədib iş rejimini pozmuşdur. İş materiallarına əlavə edilmiş: Füzuli rayon RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X8 rayon PŞ-nin rəis VMİE, polis polkovnik-leytenatı Nəsrəddin Orucova ünvanladığı raportda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhərində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmayıb, polis şöbəsində öz hərəkətlərini davam etdirərək uca səslə səs-küy salıb, polisin ünvanına nalayiq ifadələr işlədib iş rejimini pozmuşdur. 788 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə C.Camalovun Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs C.Camalov haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. C.Camalov inzibati xətanı sərxoş vəziyyətdə törətməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə 5 (beş) gün müddətində və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 8 (on) gün müddətində inizbati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun həbsetməsinin əvvəli 27 noyabr 2023-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-698/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-698/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver