Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-699/2023 30.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov İlham Rəvan oğlunun katibliyi, şikayət verən şəxs X3 iştirakı ilə X3 DİN BDYPİ-nin EQ/ 17836097 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli və EQ/17862534 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 DİN BDYPİ-nin EQ/ 17836097 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli və EQ/17862534 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Füzuli rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(64)-565/2023 saylı qərarına əsasən ödənilməmiş cəriməsi olduğuna görə X1 hüququ məhdudlaşdırılmışdır. Haklbuki, şikayətçi təyin edilmiş inzibati cəriməni təyin edildikdən qısa müddət sonra ödəmişdir. Lakin bundan xəbərsiz olan məhkəmə onun sürücülük hüququnu məhdudlaşdırmışdır. Eyni zamanda şikayətçi də hüququnun məhdudlaşdırılmasından xəbərsiz olduğundan avtomobil idarə etdiyi üçün onun barəsində İXM-nin 346.1, 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixdə 300 manat və İXM-nin 469.3, 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixdə isə 300 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Bundan sonra X4 vəsatətlə Füzuli rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, 3(64)-565/2023 saylı qərara xitam verilməsini xahiş etmişdir. Füzuli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(64)-565/2023 saylı qərarına əsasən onun sürücülük hüququnun məhdudlaşmasına əsas olan Füzuli rayon Məhkəməsinin müvafiq qərarına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ********** nömrəli mədaxil qəbzindən görünür ki, X2 hüququnun məhdudlaşdırılmasına əsas olmuş inzibati cəriməni sürücülük hüququnun məhdudlaşdırılması barədə inzibati tənbeh vermə haqqında qərar verilənədək xx.xx.2023-cü il tarixdə ödəmişdir. - DİN BDYPİ-nin polis polkovnik leytenantı X5 tərəfində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 332.3-cü maddəsinə əsasən onun barəsində 300 manat məbləğində inzibati cərimə təyin olunmuşdur. - DİN BDYPİ-nin polis polkovnik leytenantı X5 tərəfində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 332.3-cü maddəsinə əsasən onun barəsində 300 manat məbləğində inzibati cərimə təyin olunmuşdur. - Füzuli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(64)-565/2023 saylı qərarından görünür ki, onun sürücülük hüququnun məhdudlaşmasına əsas olan Füzuli rayon Məhkəməsinin müvafiq qərarına xitam verilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X3 İXM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair DİN BDYPİ-nin polis polkovnik leytenantı X5 tərəfində qəbul edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməlidir. Hüquqi əsaslandırma: İXM-nin 3-cü maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsində göstərilir ki, İXM məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 13-cü maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin məcəllənin 14-cü maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X4 tərəfindən törədilən əməlin qəsdən və ya ehtiyatsızlıqdan törətməsi halllarının mövcudluğu təsdiq olunmur. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, X2 hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının olmasından xəbərsiz olmuşdur. Nəticə etibarilə qəsdən və ya ehtiyatsızlıqdan irəli gəlməyən səbəblərdən İXM-nin 346.1, 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixdə 300 manat və İXM-nin 469.3, 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixdə isə 300 manat məbləğində inzibati qayadada cərimə edilmişdir. Göründüyü kimi şikayətçi göstərilən əməli təqsirsiz olaraq törətmişdir.Həmçinin sürücülük hüququnun məhdudlaşdırılmasına əsas olan ödənilməmiş inzibati cəriməni şikayətçi barəsində sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarı qəbul edilməmişdən öncə ödəmişdir. İXM-nin 135-ci maddaəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları sırasında həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. İXM-nin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar sırasında əməldə inzibati xəta tərkibinin olmamasıdır. Beləliklə, müəyyən olunmuşdur ki, X4 İXM-nin 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixdə 300 manat və İXM-nin 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixdə isə 300 manat məbləğində inzibati qayadada cərimə edilməsinə səbəb olmuş əməli təqsirli olaraq törətməmiş və onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda X4 barəsində İXM-nin 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixli və İXMnin 332.3-cü maddəsilə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. DİN BDYPİ-nin EQ/17836097 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli və EQ/17862534 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-699/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-699/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver