Məhkəmə qərarları › İş №3(064)-705/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-705/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-705/2024 15.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X11 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X21 xx.xx.2024-cü, X12 xx.xx.2024-cü, X23 xx.xx.2024-cü, X13 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, X17 isə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvəyyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X24 məhkəməyə ünvanladığı yazılı etirazında və məhkəmə iclasındakı izahatında bildirmişdir ki, bu maddə ilə özlərini təqsirli bilmir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyati ilə məşğul olan fiziki şəxs icraçı "X14 (VÖEN**********) ilə sifarişçi "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixinda yükdaşıma xidməti haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında da X14 "xxxx" MMC-ə yükdaşıma xidməti göstərmişdir. Protokolda göstərilən şəxslar X21, X15, X23 və X13 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yükdaşıma xidməti göstərən X2 olmuşdur. Həmin şəxslərin onlarla Cəmiyyətə heç bir aidiyyəti olmamışdır. Ümumiyyətlə protokolda qeyd edilən şəxslər onların cəmiyyətində işləməmişlər. Yəni protokolda qeyd edilən şəxslər "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixində yükdaşıma xidməti müqaviləsi əsasında xidmət göstərən icraçı "X1 (VÖEN**********) sürücüləri olmuşdur. Həmin şəxslərə elektron portalda icazə vərəqəsi "xxxx" MMC tərəfindən deyil, sürücü kimi xidmət göstərdikləri X8 məxsus VÖEN ********** elektron portaldan icazə verilmişdir. Bildirdiyi kimi "xxxx" MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bakı şəhər İdarə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrali protokolda adları qeyd edilən şəxslərin onların cəmiyyəti ilə heç bir əlaqəsi yoxdur və işləməmişlər. Həmin şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə əsasında çatdırma xidməti göstərən fiziki şəxs, X5 (VÔEN **********) sürücüləri olmuşdur. Protokolda adı qeyd olunan X17 isə cəmiyyətin təsisçisidir. Qeyd edir ki, protokolda adları qeyd edilən X10, X6, X16, X7 "xxxx" MMC ilə heç bir əlaqəsi olmamış, həmin şəxslərə portaldan icazə fiziki şəxs X14 (VÖEN**********) tərəfindən alınmışdır. Protokol tərtib edən orqan heç bir araşdırma aparmadan cəmiyyətə heç bir aidiyyəti olmayan, cəmiyyətdə işləməyən, cəmiyyətə müqavilə əsasında xidmət göstərən fiziki şəxslərin guya "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlamadan hər hansı işlərə cəlb edilməsi barədə əsassız protokol tərtib etmişdir. Halbuki ELİT-S" MMC heç bir inzibati xəta törətməmişdir. "xxxx" MMC Füzuli şəhərində fəaliyyət göstərən 8 rezidendt müəssisələrindən biridir. "xxxx" MMC rezident cəmiyyət olduğu üçün bütün vergi və digər ödənişlərdən azaddır, yəni "xxxx" MMC vergi ödəməkdən azad olduğu üçün hər hansı işçinin də əmək müqaviləsi bağlanmadan işlədilməsində maraqlı deyil. Çünki "xxxx" MMC vergi ödəməkdən azad cəmiyyətdir. Qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi X17 bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisidir. O, cəmiyyətin digər nümayəndəsi X24 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyati ilə məşğul olan fiziki şəxs X5 atası və nümayəndəsidir. Onun oğlunun adına daşınma şirkəti vardır. Onlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini ilə xx.xx.2024-cü il tarixdə yük daşımağa görə müqavilə bağlamışlar. X4, X21, X23 və X13 adlı şəxlər daşımışdır. İnzibati xəta haqqında protokolda adı çəkilən X12 orada olmayıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında işğaldan azad olunmuş Qarabağ bölgəsində tikinti işlərinin aparılması üçün qum, çıngıl və digər tikinti materiallarının həmin ərazilərə daşınması məqsədilə fərdi sahibkar X14 arasında müqavilə bağlanmış, sonuncu müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün başqa şəxsləri ona məxsus nəqliyyat vasitələrindən istifadə etməklə işləri görmək üçün həmin ərazilərə göndərmişdir. Həmçinin bildirmişdir ki, sözügedən inzibati xəta haqqında protokolda adları çəkilən şəxslər "xxxx" MMC tərəfindən deyil, məhz onun tərəfindən həmin ərazilərə getmək üçün portal icazəsi alınmaqla tikinti materiallarını ora daşımışlar. Sözügedən inzibati xəta haqqında protokolda adları çəkilən şəxslərlə onun arasında əmək müqaviləsi yoxdur, onları yalnız qeyd olunan işin görülməsi üçün təsadüfən tanımışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndələrinin izahatlarını, şahidin ifadəsini dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xətanın tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X21 xx.xx.2024-cü, X12 xx.xx.2024-cü, X23 xx.xx.2024-cü, X13 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, X17 isə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvəyyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə fərdi sahibkar X14 (VÖEN**********) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli yükdaşıma xidməti müqaviləsindən görünür ki, icraçı sifarişçinin verdiyi sifarişlər üzrə nəqliyyat vasitələri ilə (texnikası) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən Bakı şəhəri daxili və respublikanın digər şəhər və rayonlarına göstərilən qiymət tarifinə uyğun olaraq tərəflər arasında razılaşdırılan müddət ərzində daşınma və çatdırılma xidmətlərini göstərir. Sifarişçi isə icraçının göstərdiyi bu xidmətin müqabilində ona müqavilə ilə razılaşdırılmış qaydada ödəniş etməyi öhdəsinə götürür. Müqavilə 1 il müddətinə qüvvədədir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinə ünvanlanmış 09 iyul 2024-cü il tarixli məktubda qeyd olunur: "xxxx" MMC barəsində tərəfinizdən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş 4 nəfər şəxs (X21, X12, X23 və X13) X14 arasında bağlanmış xx.xx.2024-cü il tarixli yükdaşıma xidməti müqaviləyə əsasən fiziki şəxsin VÖEN nömrəsinə (X14 VÖEN**********) uyğun olaraq icazə (portal) verilmişdir. Bizə icazə (portal) verən təşkilatın (Qaçqınların və X19 üzrə Dövlət Komitəsi) elektron poçt adresinə göndərilən maildə də fiziki şəxs X5 adı və VÖEN nömrəsi qeyd olunmuş və "xxxx" MMC ilə bağlı heç bir məlumat göndərilməmişdir. Məlumatı dəqiqləşdirmək üçün bizə icazə (portal) verən təşkilata - Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə müraciət edə bilərsiniz.” İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda deyilir: ” Sizin xx.xx.2024-cü il tarixli, 3(064)-705/2024 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, X23 və X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ASG Biznes Acriotion MMC-nin Construction and İndustry filialı tərəfindən verilmiş, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ASG Biznes Acriotion MMC-nin Construction and İndustry filialı tərəfindən verilmiş, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək AS İnşaat MMC tərəfindən verilmiş və X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Elit-S MMC tərəfindən verilmiş xüsusi icazələri olmuşdur. X3 xüsusi nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək aktiv icazəsi vardır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun tərtib edilməsinə əsas isə vətəndaşlar X21, X12, X23 və X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı əmək müqaviləsi hüquqi qüvəyyə minmədən işlərin görülməsinə cəlb edilmiş vətəndaşlar X10, X6, X16 və X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olmaması məlum olmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru ilə fərdi sahibkar X14 (VÖEN**********) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli yükdaşıma xidməti müqaviləsinə əsasən sonuncu sifarişçinin verdiyi sifarişlər üzrə nəqliyyat vasitələri ilə (texnikası) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən Bakı şəhəri daxili və respublikanın digər şəhər və rayonlarına göstərilən qiymət tarifinə uyğun olaraq tərəflər arasında razılaşdırılan müddət ərzində daşınma və çatdırılma xidmətlərini göstərməyi öz üzərinə götürmüşdür. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında işğaldan azad olunmuş Qarabağ bölgəsində tikinti işlərinin aparılması üçün qum, çıngıl və digər tikinti materiallarının həmin ərazilərə daşınması məqsədilə fərdi sahibkar X14 arasında müqavilə bağlanmış, sonuncu müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün başqa şəxsləri ona məxsus nəqliyyat vasitələrindən istifadə etməklə işləri görmək üçün həmin ərazilərə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş fərdi sahibkar X5 atası və nümayəndəsi X18 da ifadəsində etiraf etmişdir ki, sözügedən inzibati xəta haqqında protokolda adları çəkilən şəxslər "xxxx" MMC tərəfindən deyil, məhz onun tərəfindən həmin ərazilərə getmək üçün portal icazəsi alınmaqla tikinti materiallarını ora daşımışlar. Sözügedən inzibati xəta haqqında protokolda adları çəkilən şəxslərlə onun arasında əmək müqaviləsi yoxdur, onları yalnız qeyd olunan işin görülməsi üçün təsadüfən tanımışdır. Bu da onu göstərir ki, bu hal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibatı xəta haqqında məsuliyyətə cəlb olunması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114- 114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar