Məhkəmə qərarları › İş №3(064)-708/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-708/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-708/2024 19.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi ilə, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs 30 iyun 2024-cü il tarixdə saat 13 radələrində Füzuli rayon 400 evlik Fin qəsəbəsində yerləşən kafedə uca səslə nalayiq ifadələr işlədərək səs-küy salaraq ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında: - səlahiyyətli orqan olan Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 iş üzrə tərtib etdiyi inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən hazırki işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin səbəblərini əsaslandıra bilməmişdir. Məhkəmə hazırki işə məhkəmədə baxılması üçün prosessual əsasın olubolmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Beləliklə, inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə baxılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq Şəxs məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İXM-in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5 və 5.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının məzmununa əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələri ilə yanaşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddə üzrə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddənin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulduğuna və inzibati həbs tətbiq etmək səlahiyyəti yalnız məhkəməyə aid olduğuna görə iş üzrə səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmaq vəzifəsinə əməl etməli idi. Yalnız bu halda hazırki işə məhkəmədə baxılmalı idi. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmamış, beləliklə də işin baxılmaqdan ötrü məhkəməyə göndərilməsi üçün Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Digər tərəfdən, iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş Füzuli RPŞ-nin polis sahə rəisi X4 da məhkəmə iclasında verdiyi izahatında hazırki inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin əsaslarını Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun şəkildə əsaslandıra bilməmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, protokol natamam olduğundan, hazırkı inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğundan, sonuncu məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli RPŞ-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar