Məhkəmə qərarları › İş №3(064)-709/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-709/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-709/2023 06.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1978-ci il tarixində Oğuz rayonu, Yaqublu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Kəlbəcər rayonu, Bəzirxana kəndində qeydiyyatda olan və müvəqqəti olaraq Füzuli rayonu, Horadiz şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə mübahisə zamanı X4 döymüşdür. Həmin protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında protokol tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində mübahisə zamanı X4 döymüşdür. Odur ki, Şəxs barəsində AR İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı X4 döymüşdür. Hazırda onunla barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahizə zamanı onu döymüşdür. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, işə xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işə əlavə olunmuş Füzuli RPŞ TQ-nin təhqiqatçısı polis leytenatı Toğrul Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, həmin qərarın nəticə hissəsində Şəxs barəsində cinayət işinin bağlanılması rədd edilmiş və AR İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, Şəxs ilə barışdığından ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları və digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Lakin bununla yanaşı, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində həmin maddələrlə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 39.1. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 510-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar