Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-710/2023 06.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Horadiz şəhəri, H.Aslanov küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı X4 dərəcəsi təyin edilməyən xəsarət yetirərək fiziki ağrı yetirmiş və uca səslə nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı X4 dərəcəsi təyin edilməyən xəsarət yetirərək vurmuş və uca səslə nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Odur ki, Şəxs barəsində AR İXM-in 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı onu vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və uca səslə nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Hazırda Şəxsla barışmışdır və ona qarşı şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 157 və 510-cu maddələri ilə təqsirli bilərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı X5 vuraraq ona a dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və uca səslə ünvanına nalayiq söyüşlər işlətmişdir. Hazırda əməlindən peşmandır. İnzibati xəta haqqında işə əlavə olunmuş Füzuli RPŞ TQ-nin təhqiqatçısı polis leytenantı Toğrul Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, həmin qərarın nəticə hissəsində Şəxs barəsində İXM-in 157 və 510-cu maddələri ilə inzibati qaydada tədbirlər görülməsi qeyd olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdiraraq belə qənaətə gəlir ki, tədqiq olunmuş sübutlarla Şəxs AR İXM-in 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapır. Lakin bununla yanaşı, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 39.1. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiri tətbiq edərkən onun səmimi peşmançılığını və zərərçəkmiş şəxsin şikayətinin olmamasını inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-35, 53, 157, 510-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat inzibati cərimə tədbiri tətbiq olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-710/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-710/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver