Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-719/2023 07.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi, polis X1nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbülfəz oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Füzuli rayonu, Musabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Musabəyli kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi, ev 276-da yaşayan Şəxs Əbülfəz oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis X1 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Əbülfəz oğlu 06 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Zəngəzur-Ağbənd yolunun Füzuli rayon ərazisindən keçən hissəsində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq postdan saxlamadan keçmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq sonuncunun Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə getmək üçün xüsusi icazəsinin olduğunu göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbülfəz oğlu verdiyi izahatında bildirmişdir ki, o, Füzuli şəhərində aparılan quruculuqbərpa işlərində işlədiyi üçün həmin əraziyə getmək üçün xüsusi icazəsi olmuşdur. 06 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə getmək üçün xüsusi icazəsinin olmasından istifadə edərək, idarə etdiyi, “Mercedes-190” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək posta yaxınlaşmış, orada xüsusi icazəni yoxlatdıqdan sonra postdan geri qayıdaraq alternativ yolla, yeni çəkilmiş Horadiz-Zəngəzur yoluna çıxaraq Laçın şəhərinə gedərkən Zəngilan rayonunda yerləşən polis postunda polis əməkdaşları tərəfindən saxlanılaraq Füzuli RPŞ-ə aprılmışdır. Hazırki iş üzrə o, əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Himayəsində üç azyaşlı uşağının olmasını nəzərə almaqla məhkəmədən barəsində daha yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs Əbülfəz oğlunun iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də, Şəxs Əbülfəz oğlu həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs Əbülfəz oğlunun səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, himayəsində üç övladının olmasını isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs Əbülfəz oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə səmimi peşmançılığından və himayəsində üç övladının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Əbülfəz oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-719/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-719/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver