Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-72/2023 23.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis polkovnik-leytenantı X4, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs 02 fevral 2023-cü il tarixdə saat 14 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən kafedə uca səslə X1 ünvanına nalayiq sözlər deyib ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında: - səlahiyyətli orqan olan Füzuli RPŞ-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X4 iş üzrə tərtib etdiyi inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, zərərçəkmiş şəxs X1 Şəxs ilə barışdığını, sonuncunun əməlində məsuliyyətini ağırlaşdıran halın müəyyən edilmədiyini göstərmiş, belə olan halda Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən hazırki işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin səbəblərini əsaslandıra bilməmişdir. - zərərçəkmiş şəxs X3 izahatında iş üzrə ona qarşı inzibati xəta törətmiş Şəxs ilə barışdığını göstərərək sonuncu barəsində inzibati cərimə tətbiq edilməsini xahiş etmişdir. - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Füzuli rayon Əhmədbəyli bələdiyyəsinin sədri olduğunu, iş üzrə törətdiyi inzibati xətadan səmimi peşiman olduğunu, zərərçəkmiş şəxs X3 ilə barışıq əldə etdiyini göstərərək bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hazırki işə məhkəmədə baxılması üçün prosessual əsasın olubolmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İXM-in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5 və 5.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının məzmununa əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələri ilə yanaşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddə üzrə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddənin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulduğuna və inzibati həbs tətbiq etmək səlahiyyəti yalnız məhkəməyə aid olduğuna görə iş üzrə səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmaq vəzifəsinə əməl etməli idi. Yalnız bu halda hazırki işə məhkəmədə baxılmalı idi. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmamış, beləliklə də işin baxılmaqdan ötrü məhkəməyə göndərilməsi üçün Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Digər tərəfdən, iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş Füzuli RPŞ-nin polis sahə rəisi X4 da məhkəmə iclasında verdiyi izahatında hazırki inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin əsaslarını Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun şəkildə əsaslandıra bilməmişdir. Əksinə, işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Füzuli rayon Əhmədbəyli bələdiyyəsinin sədridir, zərərçəkmiş şəxs X3 ilə barışıq əldə etmiş, əməlində məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib olunmuş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə Füzuli RPŞ-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 109, 128 və 510-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib olunmuş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli Rayon Polis Şöbəsinə qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(064)-72/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-72/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver