Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-726/2023 19.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi ilə, xx.xx.2007-ci ildə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli RPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 23 noyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Şuşa-Əhmədbəyli yolunun Füzuli rayonu, Alıxanlı kəndindən keçən ərazisində şəxsi təsərrüfatında olan 1 baş iri buynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, heyvan asfalt örtüklü yola çıxmış, nəticədə Füzuli rayonu Əhmədbəyli kəndi istiqamətində hərəkətdə olan “Mercedes-Benz E-200” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla öz hərəkət zolağında 1 baş iri buynuzlu heyvanı vurmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, hadisə yerinin sxemi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi barədə məsələyə yalnız hakim baxa bilər. Tərəflərin verdikləri izahatdan da, görünür ki, dəymiş maddi ziyanla bağlı mübahisənin həll edilib-edilməməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Odur ki, vurulmuş zərərlə bağlı mübahisə olduğu halda tərəflər mülki qaydada məhkəmədə iddia qaldıra bilərlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixli, İXP ******* saylı iznibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Tərəflərə inzibati xəta nəticəsində dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-726/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-726/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver