Məhkəmə qərarları › İş №3(064)-740/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-740/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-740/2023 21.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ X7 Akif oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, Füzuli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1966-cı il tarixində Füzuli rayonu, İşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Füzuli rayon prokuroru, ədliyyə müşaviri X4 tərəfindən qəbul olunmuş 20 dekabr 2023-cü il tarixli, № 23-1-2-2-414-0262-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Mahmudlu-1 kəndində mübahisə zamanı X3 döymüşdür. Həmin qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Mahmudlu-1 kəndində mübahisə zamanı X3 döymüşdür. Odur ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Mahmudlu-1 kəndində mübahisə zamanı X3 döymüşdür. Hazırda onunla barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Mahmudlu- 1 kəndində mübahisə zamanı onu döymüşdür. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İnzibati xəta haqqında işə əlavə olunmuş Füzuli RPŞ TB-nin təhqiqatçısı, polis baş leytenantı Toğrul Əliyev tərəfindən qəbul edilmiş 16 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın nəticə hissəsində Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Şəxs ilə barışdığından ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları və digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Lakin bununla yanaşı, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsində göstərilir ki, həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 510-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar