Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-742/2025 08.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi,Şikayət vermiş İnak Eyyupun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından İnak Eyyupun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətinə baxaraq, məhkəmə müəyyənetdi: İnak Eyyupun müdafiəçisi Vəkil şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidmətinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, inzibati xəta haqqında 21 may 2024-cü il tarixli MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, guya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq işəgötürən tərəfindən X10, X4, X11, X18, X6, X5, X13, X8, X7 xx.xx.2024-cü il tarixdən protokol tərtib olunan tarixədək müxtəlif vaxtlarda əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X14 Xidmətinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, sözügedən inzibati xəta haqqında materialın araşdırılması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs İnak Eyyupun, eləcə də yuxarıda adları qeyd olunan X10, X4, X11, X18, X6, X5, X13, X8, X2 izahatları alınmadan, mühüm əhəmiyyə kəsb edən bütüm faktiki halların tam hərtərəfli öyrənilməsi üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasənda protokol tərtib edilmiş, qeyd olunan şəxslərin hansı işə cəlb olunması məsələsi də araşdırılmadan, ümumiyyətlə həmin şəxslərin işə cəlb olunub-olunmaması, həmin vaxt harda işləmələri müəyyən edilmədən səthi araşdırılma aparılaraq əsassız şəkildə inzibati xəta haqqında protokol tərtib edilərək vəzifəli şəxs İnak Eyyupun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin faktla bağlı İnak Eyyupun direktoru olduğu "xxxx" MMC-in barəsində də X14 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN ******* nömrəli 21 may 2024-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cti il tarixli 3(005) 1636/2024 nömrəli qərarına əsasən ‘Taha İnşaat” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1787/2024 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmaqla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-1636/2024 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cti il tarixli 3(005)-1636/2024 nömrəli qərarına əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-2654/2024 nömrəli qərarı ilə X14 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı səhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cti il tarixli 3(005V1636/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi eyni faktla bağlı qüvvədə olan məhkəmə qərarları vardır və həmin qərarlarla (Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 1636/2024 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-2654/2024 nömrəli qərarı) təsdiq edilmişdir ki, əməldə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının vəzifəli şəxs İnak Eyyupa çatdırılması qanunla müəyyən olunmuş qaydada təmin olunmamışdır və başqa sözlə, İnak Eyyup həmin inzibati tənbeh vermə haqqında qərardan xəbərsiz olmuşdur. Həmin qərarın əldə olunması üçün tərəfindən X14 Xidməti Bakı Ərazi İdarəsinə 15 avqust 2025-ci il tarixli 45/2025 nömrəli sorğu ilə müraciət edilmiş və həmin sorğuya əsasən 08 sentyabr 2025-ci il tarixdə qərarın surəti tərəfindən əldə olunmuşdur. Həmin tənbeh qərarının əsaslandığı İXM-in 192.1-ci maddəsi ilə olan müvafiq protokol İnak Eyyupun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş, bununla bağlı protokolda adı çəkilən şəxslərin heç birinin izahatları alınmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam hərtərəfli araşdırılmamış, qeyd olunan şəxslərin hansı işə cəlb olunması, ümumiyyətlə həmin şəxslərin işə cəlb olunub-olunmaması və həmin vaxt harda işləmələri müəyyən edilməmiş, inzibati xəta tərkibinin mövcudluğunun sübut olunması üçün heç bir sübut toplanmamışdır. Sözügedən inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən müəyyən olunmuşdur ki, qərarda inzibati orqanın qeyd etdiyi “inzibati xəta əməlinin” “törədildiyi yer” göstərilməmişdir. Sual olunur, əgər inzibati xəta törədilmişdirsə, harada törədilmişdir?. Vəzifəli şəxs İnak Eyyup barəsində olan həmin protokoldan və inzibati tənbeh qərarından xəbərsiz olduğu üçün indiyədək qanunla müəyyən olunmuş qaydada qərardan şikayət verilməmişdir. Mövcud vəziyyətdə 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə olmasının tək səbəbi həmin qərarın və müvafiq inzibati xəta haqqında protokolun qanunla müəyyən olunmuş qaydada İnak Eyyupa təqdim edilməməsi olmuşdur. X1 müəyyən olunmuş qaydada müvafiq protokolu tərəfinin iştirakı ilə tərtib edib surətini təqdim etsəydi, inzibati tənbeh vermə haqqında qərarın surətini qanunla müəyyən olunmuş qaydada çatdırılmasını təmin etsəydi həmin qərardan tərəfindən məhkəməyə şikayət edilməklə böyük ehtimalla uğurlu həllinə nail olacaqdır. Çünki həmin faktla bağlı toplanmış material hüquqi şəxs "xxxx" MMC-in inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmiş və yuxarıda qeyd etdiyi kimi həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 3(005)-1636/2024 nömrəli qərarına əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-2654/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-1636/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Deməli, toplanmış materialda hüquqi şəxs "xxxx" MMC-də olduğu kimi vəzifəli şəxs inak Eyyupun da əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin mövcudluğuna dair heç bir sübut yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, inzibati orqanın nəticələr isin faktiki hallarına uvğun deyildir. Məhkəmə iclasında iştirak edən İnak Eyyupun nümayəndəsi və vəkili Vəkil ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş və göstərilən halı nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, şikayəti əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, İnak Eyyup barəsində tərtib edilmiş qərar gündərilmiş lakin həmin qərarın İnak Eyyupa çatması barədə hər hansısa bir sübüt təqdim edə bilmir. Məhkəmə şikayətçinin vəkilinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkmə iclasında tədqiq edilmiş, -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru İnak Eyyupun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 1636/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək 20000 manat miqdarında inzibati cərimə edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1787/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1636/2024 saylı qərarı ləğv edilmişdir. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 1636/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2654/2024 saylı qərarından görünür ki, X14 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1636/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. -İnak Eyyupun vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 45/2025 saylı vəkil sorğusunda qeyd edilir ki, “Məlumat üçün bildirirəm ki, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili olduğum Türkiyə Respublikasının vətəndaşı İnak Eyyupun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların əldə edilməsi zərurəti yaranmışdır.Odur ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7 və 15-ci maddələrini rəhbər tutaraq, Füzuli rayonu. Horadiz kəndində qeydiyyatda olan xx.xx.1975ci il təvəllüdlü İnak Eyyupun (Fin: 3FFA5B, MYİ 0677652). barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların surətinin verilməsini Sizdən xahiş edirəm.Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 7-ci maddəsinin birinci hissəsinə əsasən, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar..” Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu. inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs: inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar: işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 128.1 -ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək veni qərarın çıxarılması haqqında: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) uəldivi nəticələr üzrə mühüm əhəmivvət kəsb edən bütün faktiki halların araşdırılmaması: 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iş materiallarına əlavə edilmiş -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1636/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək 20000 manat miqdarında inzibati cərimə edilmişdir həmin qərardan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1787/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1636/2024 saylı qərarı ləğv edilmişdir. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1636/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmin qərardan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(103)-2654/2024 saylı qərarından görünür ki, X14 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1636/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Vəzifəli şəxs İ.Eyyub barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məlumatsız olmaları, həmin qərarla müəyyən edilmiş eyni fakt üzrə hüquqi şəxsin barəsində başlanılmış inzibati xəta haqqında ış üzrə icraata xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması ilə bağlı şikayətin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş inak Eyyupun həmin qərarı rəsmi qaydada əldə etmək və qanunla müəyyən edilmiş prosessual müddət ərzində qərarı yuxarıda inzibati orqanda və ya məhkəmədə mübahisələndirmək hüququ vardır. Həmçinin məhkəmə onu da bildirir ki, hazırda mübahisə edilən inzibati xəta haqqında qərar İnak Eyyupa rəsmi təqdim olunmamış bu barədə iş materiallarında hər hansısa sənəd aşkar edilməmiş, eyni zamanda inzbati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi də məhkəmə iclasında həmin inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə göndərilməsi barədə hər hansı sübut təqdim edə bilmədiklərini, həmin qərarın sifarişli məktub vaistəsi ilə göndərilmədiyindən onun İnak Eyyupa çatıb çatmamasına dair onlarda hər hansısa sübut yoxdur. Məhkəmə qeyd edir ki, İnak Eyyupun sözü gedən inzibati xəta haqqında qərarı rəsmi sürətdə almaq və onu mübahisələdirmək hüququ olsada həmin qərardan məlumatsız olmuş və həmin qərardan qanunla müəyyən olunmuş prososial müddətdə şikayət verə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə görə isə inzibati xətalar haqqında işlər üzrə icıaatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və öbyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibatı məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1 -ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə də, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnak Eyyupun nümayəndəsi və vəkili Vəkil şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-742/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-742/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver