Məhkəmə qərarları › İş №3(064)-749/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-749/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-749/2023 29.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023cü il tarixli, GP20231043 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ16105457 saylı inzibati tənbeh vermə haqqında iş üzrə elektron qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 50 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş elektron sorğunun surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İXM-in: 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1.-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Şəxs ölməsindən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Füzuli Rayon Polis Şöbəsi Şəxs xx.xx.2022-ci il tarixdə ölməsindən sonra barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP5877198 nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə Azərbaycan Respublikası İXM-in 53.1.8-ci maddəsinin tələbini pozmuşdur. Buna görə də, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar