Məhkəmə qərarları › İş №3(064)-771/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-771/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-771/2025 29.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ20504389 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək EQ20504389 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. 29 oktyabr 2025-ci il tarixdə X3 ərizə ilə müraciət edərək şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət verən şəxs və Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, şikayətçinin ərizəsi konüllü iradəsini ifadə edir, bu hal qanunvericiliyin tələblərinə zidd deyil və şikayəti geri götürülməsi qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ20504389 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar