Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-775/2023 25.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəfa Ələkbərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs və müdafiəçi X7 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(036)-2503/2021 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 sentyabr 2021-ci il tarixdən hər ay 130 manat sabit pul məbləğində aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra vərəqəsi 13 yanvar 2023-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs ilə dəfələrlə əlaqə saxlanılaraq şöbəyə dəvət olunmuş, o gəlməmiş, gəlməməsinin də səbəbini bildirməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs yaşayış yeri məlum olmamış, onun barəsində 23 noyabr 2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək Füzuli rayon Polis Şöbəsinə göndəribmiş, 25 dekabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilib təvhil verilmişdir. Bundan əvvəl də, 07 iyun 2023-cü il tarixdə borclu Şəxs barəsində protokol təıtib edlərək məhkəməyə təqdim olunmuş, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati həbsdən çıxdıqdan sonra borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 670 manat aliment pulu ödəmiş, sonradan yaşayış yeri məlum olmadı üçün onun barəsində axtarış qərarı verilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, yaranmış aliment borcunu bu günədək tam olaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməmişdir. Borclu Şəxs xx.xx.2021-ci il tarixdən bu günədək qızının xeyrinə 1.290 manat aliment ödəmiş, hazırda tələbkara cəmi 2.090 manat ödənilməmiş aliment borcu vardır. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatında o, ödənilməmiş qalan cəmi 2.090 manat aliment borcundan hazırda 200 manat tələbkar X2 ödəyə biləcəyini bildirmişdir. Lakin tələbkar X5 yaranmış aliment borcunun tam olaraq ödənilməsini bildirmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəfa Ələkbərov bildirdi ki, borclu X8 tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu M.Misorov icra sənədi üzrə borcu hazırda cəmi 2.090 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. X1 əməlində AR İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. V.Ələkbərov həmçinin bildirdi ki, hazırda borclu tərəfindən 500 manat ödəniş edilmiş və o, qalan borcunu qısa müddət ərzində bağlayacayını bildirmişdir. İcra sənədi üzrə tələbkar hazırda şikayətçi deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu X8 bildirdi ki, həmin məhkəmə qararı üzrə icrata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Bu günədək heç bir ödəniş edə bilməmişdir. Hazırda tələbkara olan borcundan 500 manat ödəmiş, qalan borcunu isə ona vaxt verilərsə qıca müddət ərzində ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində X1 adına hər hansı daşınar və ya daşınmaz əmlaklar, eləcə də gəlir və sair qazanclar aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, borclu Şəxs ona edilmiş xəbərdarlıqdan sonra 500 manat ödəniş etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar), eləcə də daimi iş yeri və stabil gəliri aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədini icra etməmə o halda qərəzli sayılır ki, borcluya rəsmi xəbərdarlıq edildikdən sonra da icra etməmə davam etmiş olsun. Lakin işin faktiki halı onu göstərir ki, borclu ona edilmiş xəbərdarlıqlardan sonra 500 manat ödəniş etmişdir. Bundan başqa, borclu qalan aliment borcunu qısa müddət ərzində ödəyəcəyi barədə məhkəmə əminlik yaratmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclunun əməllərində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi halları müşahidə olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, M.Misorov barəsində AR İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməli, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borcluya «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-35, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu X8 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İcra sənədi üzrə borclu X6 izah olunsun ki, icra sənədi üzrə qalan aliment borcunun ödənilməsini üzrsüz səbəbdən icra etməsə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-775/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-775/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver