Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-792/2025 24.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs1 və Şəxs2 iştirakları ilə, Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq müəyyən etdi: Füzuli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyinə görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs1 və Şəxs2 Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1730/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(064)-1742/2024 saylı icra vərəqələrini üzürsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Füzuli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, 2(064)-1730/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(064)-1742/2024 saylı icra vərəqələri üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borclulara bildiriş verilmiş, lakin tələb icra olunmamış, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri keçmiş və hər hansı nəticə əldə edilməmişdir. Belə olan halda icra məmuru Şəxs1 və Şəxs2 barəsində iki icra vərəqəsini bir icra işinə birləşdirmiş və barələrində bir protokol tərtib edərək məhkəməyə göndərmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.100.5-ci maddəsinə əsasən Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə belə hesab edir ki, Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol Füzuli Rayon İcra və Probasiya Şöbəsina qaytarılmalıdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Füzuli Rayon İcra və Probasiya Şöbəsinın səlahiyyətli şəxsinə izah edilsin ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(064)-792/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-792/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver