Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-793/2024 06.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Hüseynov Həsrət Atakişi oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 məxsus “Hyundai Accent” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq sonuncuya 190 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 məxsus “Hyundai Accent” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını sındıraraq sonuncuya 190 manat məbləğində maddi ziyan vurmuşdur. X2 müraciəti əsasında Füzuli RPŞ TB-nin təhqiqatçısı, polis leytenantı Toğrul Əliyev tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında onun tərəfindən Şəxs barəsində AR İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus “Hyundai Accent” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısını sındıraraq ona 190 manat məbləğində maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, aralarında baş vermiş mübahisə nəticəsində avtomobili dayandırmasını tələb etsə də, C.Quliyev buna məhəl qoymamış, nəticədə o, avtomobili ötərək onu saxlatmışdır. Daha sonra C.Quliyevin avtomobilinə yaxınalaşaraq düşməsini tələb etmiş, düşmədikdə özü avtomobilin qapısının dəstəyindən tutub özünə tərəf dartarkən qapı içəri tərəfdən bağlı olduğundan qapının dəstəyi qırılıb əlində qalmışdır. İş materiallarına əlavə edilmiş: Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tədbir görülməsi üçün qərarın surəti Füzuli Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “Sərxan” firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 079 saylı ziyan aktından görünür ki, “Hyundai Accent” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 190 manat hesablanmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici törədilmiş inzibati xətaya görə inzibati tənbehin təyin edilməsini vurulmuş ziyanla əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, ziyan aktında qeyd olunan 190 manat məbləğin əsas götürülməsi qanuni və əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş vurulmuş ziyanın bir misli məbləğdə, yəni 190 manat məbləğində cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 232-1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 190 (yüz doxsan) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-793/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-793/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver