Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-794/2024 15.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Füzuli rayonu, Horadiz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, “X11” MMC-də qaynaqçı işləyən, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan, İmişli rayonu, Kürmahmudlu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 15 avqust 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “X14” markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Füzuli rayonu ərazisində, Füzuli-Şuşa avtomobil yolunun üzərində yerləşən 7 nömrəli stasionar polis postundan keçərkən işğaldan azad edilmiş Füzuli şəhərinə getmək üçün xüsusi icazəsinin olmasına baxmayaraq, həmin postda xidmət olmuş Füzuli Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X1 xidməti vəzifələrinə uyğun olaraq, ona özünün və sərnişini olmuş X3 Füzuli şəhərinə getmələri üçün xüsusi icazənin verilib-verilməməsinin yoxlanılması üçün idarə etdiyi avtomobili saxlaması ilə bağlı əli ilə verdiyi işarəyə məhəl qoymadan göstərilən postdan həmin avtomobili 90 km/saat sürətlə idarə edib keçməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin vaxt Füzuli şəhərində xidmət aparmış Füzuli RPŞ-nin əməkdaşları Şəxs etdiyi bu qanunsuz hərəkətin qarşısını aldıqdan sonra özü və sərnişini olmuş X7 ilə bağlı müvafiq yoxlamanın aparılması üçün göstərilən posta geri qaytarmışdır. Yoxlama zamanı sonuncunun həmin tarixdə Füzuli şəhərinə getmək üçün xüsusi icazəsinin olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq, araşdırma zamanı 15 avqust 2024-cü il tarixdə Şəxs işğaldan azad edilmiş Füzuli şəhərinə getmək üçün xüsusi icazəsinin olmasının müəyyən edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, “X11” MMC-nin işçisi olaraq, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işlərində usta kimi işlədiyi üçün onun 15 avqust 2024-cü il tarixdə Füzuli şəhərinə getmək üçün xüsusi icazəsi olmuşdur. Həmin tarixdə saat 10 radələrində “X14” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, Füzuli rayonu ərazisində, Füzuli-Şuşa avtomobil yolunun üzərində yerləşən 7 nömrəli stasionar polis postundan keçərkən orada xidmətdə olmuş, sonradan tanıdığı Füzuli Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 ona əli ilə işarə etmişdir. O, polis əməkdaşının ona bu işarəni idarə etdiyi avtomobili saxlaması ilə deyil, ona salam verməsi ilə bağlı səhv qənaətə gəldiyinə görə postdan həmin avtomobili 90 km/saat sürətlə idarə edib keçmişdir. Füzuli şəhərində xidmətdə olmuş Füzuli RPŞ-nin əməkdaşları onun idarə etdiyi avtomobili saxlatdırmış, onu və sərnişini olmuş X5 müvafiq yoxlamanın aparılması üçün göstərdiyi posta geri qaytarmışdır. Yoxlama zamanı 15 avqust 2024-cü il tarixdə Füzuli şəhərinə getmək üçün onun xüsusi icazəsinin olduğu, lakin Tahir Quliyevin xüsusi icazəsinin olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun etirafedici izahat verməsi və izahatında törətdiyi əməldən səmimi peşiman olmasını bildirməsi nəzərə alınaraq, sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X4 verdiyi izahatında göstərmişdir ki, 15 avqust 2024-cü il tarixdə saat 10 radələrində Füzuli rayonu ərazisində, Füzuli-Şuşa yolunun üzərində yerləşən 7 nömrəli stasionar polis postunda Füzuli RPŞ-nin PPXB-nin polis nəfəri Elmir Pənahlı ilə xidmətdə olarkən posta yaxınlaşmış “X15” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan tanıdığı Şəxs idarə etdiyi avtomobili saxlaması ilə bağlı əli ilə işarəyə vermişdir. Bunu etməkdə məqsədi xidməti vəzifələrinə uyğun olaraq, Şəxs və sərnişini olmuş, sonradan tanıdığı X6 Füzuli şəhərinə getmələri üçün xüsusi icazənin verilib-verilməməsini yoxlamaq olmuşdur. Şəxs onun bu tələbinə məhəl qoymamış, postdan həmin avtomobili 90 km/saat sürətlə idarə edib keçməklə onun qanuni tələbinə qəsdən tabe olmamış, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə keçmişdir. Şəxs idarə etdiyi avtomobillə Füzuli şəhərinin ərazisindən keçəcəyini zənn edib, orada xidmət etmiş polis əməkdaşlarına Şəxs postdan keçərkən etdiyi qanunsuz hərəkəti barədə xüsusi rabitə vasitəsilə məlumat vermişdir. Buna görə də Füzuli şəhərində xidmət aparmış Füzuli RPŞ-nin əməkdaşları Şəxs etdiyi qanunsuz hərəkətin qarşısını aldıqdan sonra özü və sərnişini olmuş Tahir Quliyevlə bağlı müvafiq yoxlamanın aparılması üçün onun xidmətdə olduğu posta geri qaytarmışdır. Yoxlama zamanı həmin tarixdə Füzuli şəhərinə getmək üçün Şəxs xüsusi icazəsinin olduğu, lakin Tahir Quliyevin xüsusi icazəsinin olmadığı müəyyən edilmişdir. Buna görə də göstərdikləri barədə raport tərtib edib Füzuli RPŞ-nin rəisinə məruzə etmişdir. Bu səbəbdən Şəxs və Tahir Quliyev barələrində araşdırmanın aparılması üçün oradan Füzuli RPŞ-yə aparılmışlar. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahid X1 verdiyi izahatı, iş materiallarında olan sənədlər və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını və himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, 15 avqust 2024-cü il tarixdə işğaldan azad edilmiş Füzuli şəhərinə getmək üçün xüsusi icazəsinin olması, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olması və səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-794/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-794/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver