Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-795/2024 15.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli RPŞ-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 15 avqust 2024-cü il tarixdə saat 10 radələrində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə getmək üçün üçün xüsusi icazəsi olmadan Füzuli-Şuşa yolu üzərində yerləşən stasionar postundan həmin ərazilərə keçirməklə polisin qanuni tələbinə qəsdən tabe olmaması gösrərilmişdir. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq, sonuncunun Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə getmək üçün xüsusi icazəsinin olmadığını göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, 12 avqust 2024-cü il tarixdə 3 günlük Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə getmək üçün xüsusi icazə alaraq 15 avqust 2024-cü il tarixdə Füzuli şəhərinə getmək qərarına gəlmişdir. Buna görə də 15 avqust 2024-cü il tarixdə saat 10 radələrində Bəhruz Mamedovun idarə etdiyi “Hyundai Santafe” markalı maşınla Füzuli-Şuşa yolu üzərində yerləşən stasionar postdan keçərək Füzuli şəhərinə keçmişlər. Postdan keçən zaman orada heç bir polis əməkdaşını görməmişlər, həmçinin onlardan qabaqda gedən avtomobilləri də həmin postda saxlayan olmamışdır. Füzuli şəhərinə yaxınlaşdıqda orada polis əməkdaşları onlara bildirmişdir ki, geri qayıdaraq stasionar postda işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəni yoxlatdırmalıdırlar. Bu göstərişdən sonra onlar stasionar posta yaxınlaşaraq yoxlanışdan keçmişlər və bildirilmişdir ki, Bəhruz Mamedovun işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsi var, lakin onun Füzuli şəhərinə xx.xx.2024-cü il tarixdə açdırdığı icazə portalının müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Şəxs bildirmişdir ki, icazə portalının müddətinin bitməsindən xəbəri olmamışdır. Bundan sonra o, polis əməkdaşının işğal olunmuş ərazilərə gədə bilməyəcəyi barədə tələblərinə əməl edərək geri qayıtmışdır. Həmçinin onu da bildirmişdir ki, erməni qəsibkarları tərəfindən işğal olunmuş ərazilərin işğaldan azad olunmasında yaxından iştirak edərək, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmuş, həmçinin hərbi əməliyyatlarda iştirak edən zaman kantuziya da almışdır. Məhkəmədən deyilənləri nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs əməllərində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin normal fəaliyyətidir. Bu inzibati xəta obyektiv cəhətdən polis işçiləri ictimai qaydaların mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamada ifadə olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs Füzuli şəhərində və Füzuli-Şuşa yolu üzərində yerləşən stasionar postda xüsusi icazəsi yoxlanılan zaman polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Eyni zamanda protokol tərtib edən şəxs tərəfindən məhkəməyə Şəxs təqsirliliyini təsdiqləyən hər hansı sübutetmə vasitəsi təqdim edilməmişdir. Göründüyü kimi, Şəxs əməllərində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Odur ki, məhkəmə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməyi əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 535.1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-795/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-795/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver