Məhkəmə qərarları › İş №3(064)-821/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-821/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-821/2024 11.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, «X6» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 daxil olmuş inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: «X6» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 Monitorinq və Nəzarət Şöbəsinin mütəxəssisi X5 tərəfindən MN ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, «X6» MMC tərəfindən Füzuli rayonu inzibati ərazisində “Quruçay” qum-çınqıl yatağında qanunsuz qum-çınqıl hasilatı aparılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X4 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. «X6» MMC məhkəməyə ərizə ünvanlayaraq qeyd olunan protokolun ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DMXEİA Monitorinq və Nəzarət Şöbəsinin mütəxəssisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında müəyyən edilir ki, «X6» MMC Füzuli rayonu inzibati ərazisində “Quruçay” qum-çınqıl yatağında qanunsuz qumçınqıl hasilatı aparmaqla Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş etiraz ərizəsində «X6» MMC bildirmişdir ki, «X6» MMC adında müəssisə mövcud deyildir. Müəssisənin adı Şəxs MMC-dir. Bundan başqa, protokolda göstərilən ünvan və rekvizitlərin Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur. Bu əsasla protokol etibarsız sayılmalıdır. Digər tərəfdən protokolun inzibati xətanın törədilməsinin sübutu kimi istinad etdiyi 000225 saylı Aktda göstərilən koordinatlar Şəxs MMC-nin istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə uyğun gəlmir. Qeyd olunanları ümumiləşdirərək MMC bildirir ki, DMXEİA tərəfindən göstərilən məlumatlara sübut qismində istinad edilməsi dolayı və ehtimallara əsaslanır və bunun əsasında inzibati xətanın baş verməsini bildirmək əsassızdır. Bu səbəbdən də məhkəmə tərəfindən inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 000225 saylı aktın, Füzuli rayonu “Quruçay” qum-çınqıl yatağı ərazisində fəaliyyət göstərən «X6» MMC-yə ayrılmış sahə ilə əlaqədar arayışın və fotoşəkillərin surətindən müəyyən edilir ki, «X6» MMC tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X3 xx.xx.2024-cü il tarixli, NWC/853-47Lİ- 24 nömrəli məktubu ilə MMC-yə Füzuli rayonu “Quruçay” qum-çınqıl yatağı ərazisində yerləşən və 0194 nömrəli “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədən istifadə müddətinin uzadılması üçün müraciət etmişdir. Sözügedən məktubun icrası ilə əlaqədar olaraq Agentlik tərəfindən həmin sahəyə baxış keçirilmişdir. Əraziyə baxış «X6» MMC-nin nümayəndəsi Eynur Qarakişiyevin iştirakı ilə birlikdə aparılmışdır. Keçirilmiş baxış zamanı həm ayrılmış sahə daxilində, həm də ayrılmış sahədən kənarda hasilat işlərinin aparıldığı müəyyən edilmişdir. Belə ki, ayrılmış sahə daxilində 70800 kvadrat metr sahədə orta istismar dərinliyi 2 metr olmaqla 141600 kub metr həcmində qumçınqıl hasilatının aparıldığı müşahidə olunmuş və ərazidə qanunsuz olaraq hasilat işləri aparılan sahənin koordinatları götürülmüşdür. İş materiallarına əlavə edilmiş fəzadan çəkilmiş fotoşəkillərin surətindən də müəyyən olunur ki, «X6» MMC tərəfindən ayrılmış sahədən kənarda hasilat işləri aparılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək Məhkəmə hesab edir ki, toplanmış sübutlarla «X6» MMC-nin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə «X6» MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X6» MMC haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «X6» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar