Məhkəmə qərarları › İş №3(064)-837/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-837/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-837/2024 30.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tapdıq qızının iştirakları ilə xx.xx.1957-ci il tarixdə Füzuli rayonu, Alxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Füzuli rayonu, Alxanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 338.5.5-ci və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra - Füzuli RPŞ) daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-nin polis baş leytenantı X1 Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 338.5.5-ci və 338.7-ci maddələri ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlər baxılması üçün həmin tarixli qərardadla aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zəfər yolunun Füzuli rayonu Alxanlı kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işıqları gözünə düşmüş və anidən asfalt yolda, yolun hərəkət zolağında 2 ədəd iri buynuzlu heyvanın dayandığını görmüşdür. O, əyləcdən istifadə etsə də, yük maşınını saxlaya bilməmiş, qarşıda dayanan heyvanları vurmuşdur və nəticədə onlar tələf olmuşlar. Hadisə zamanı ona məxsusu **- KS-*** nömrəli yük maşınına da maddi ziyan dəymişdir. Yük maşını ona məxsus deyil, etibarnamə əsasında idarə edir. Həmin vaxt içkili olmamış və heç bir bədən xəsarəti almamışdır. Baş vermiş hadisə nəticəsində Füzuli RPŞ-nin polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 338.5.5-ci və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 12:00-da ona məxsus 4 iribuynuzlu heyvanı yol kənarında yerləşən otlaq sahəsinə apararaq orada bağlamış və evə qayıtmışdır.Həmin gün gecə saat 23:30-da heyvanları evə gətirmək üçün gedərkən heyvanlardan ikisinin **-KS-*** nömrəli yük maşını tərəfindən vurulduğunu və öldüyünü görmüşdür. Belə ki, nəzarətsiz qalan heyvanlardan ikisi açılaraq yolun hərəkət hissəsinə çıxmış və nəticədə qəza baş vermişdir. Hadisə zamanı qarşı tərəfə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək dəymiş maddi ziyana görə heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Hazırki iş üzrə əməlində inzibati xəta tərkibinin olmasını mübahisələndirmir. Məhkəmədən barəsində minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 477 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında göstərilmişdir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğu müəyyən edilməmişdir. - Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən aydın olur ki, Zərərçəkmiş şəxs “DAF FT XF 105.460” markalı, 77KS845 dövlət qeydiyyat nişanlı yük maşınını idarə etmək hüququ vardır. Beləliklə, Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxsnun Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 338.5.5-ci maddəsinə əsasən mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə işin faktiki hallarını, o cümlədən İXM-nin 338.7-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 100 (yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.5.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Füzuli Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34.2, 40.0.1, 43, 48- 51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Füzuli Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar