Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-839/2024 22.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ƏMMN və EM sektorunun məsləhətçi müfəttişi X2 Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlər baxılması üçün həmin tarixli qərardadla aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində ona məxsus əkin sahəsi vardır. xx.xx.2024-cü il tarixdə həmin əkin sahəsini suvarmaq məqsədilə oraya getmişdir. Üzərində aşkar edilmiş bir ədəd Toz-34 markalı, 16 kalibrli P-73666 nömrəli bir lüləli ov silahı ona məxsusdur, həmin tarixdə sözügedən ərazidə atəş açmamışdır, sadəcə ərazidə olan vəhşi heyvanlardan qorunmaq məqsədilə silahı üzərində daşıyır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidməti reyd zamanı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən qamışlıq ərazidə ov silahı ilə atəş səsləri eşidilmişdir. Əraziyə yaxınlaşarkən Şəxs həmin ərazidə olduğu müəyyən edilmişdir. Şəxs həmin ərazidə çöl quşlarının ovlanmasının qanunsuz olduğu izah edilmiş və bundan sonra onun üzərinə baxış keçirilərkən aşkar edilmiş bir ədəd Toz-34 markalı, 16 kalibrli P-73666 nömrəli bir lüləli ov silahı içində bir ədəd atışa hazır vəziyyətdə olan patron boşaldılaraq götürülmüşdür. Şəxs təqdim etdiyi 436 nömrəli şəhadətnamədə olan nömrələrlə silahda olan nömrələr uyğun gəlmədiyindən həmin silah və bir ədəd patron Füzuli Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, Şəxsla qonşudur. Ov silahı olsa da, özünü qorumaq üçün üzərində gəzdirir. Bu günə qədər həmin silahla ov etdiyini görməmişdir. Ümumiyyətlə, həmin ərazidə Böyük Bəhmənli sakinlərindən heç kim ovçuluqla məşğul olmur. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş inzibati xəta haqqında icraat materialları ilə müəyyən edilmişdir ki,: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın ona görə başlandığı göstərilmişdir ki, sonuncu xx.xx.2024-cü il tarixdə ov silahı ilə çöl quşlarını ovlamaq məqsədilə izləmiş və təqib etmişdir. - xx.xx.2024-cü il tarixdə AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xidməti reyd keçirilən zaman Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən qamışlıq ərazidə ov silahı ilə atəş səsləri eşidilmişdir. Əraziyə yaxınlaşarkən Şəxs həmin ərazidə olduğu müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən Şəxs həmin ərazidə çöl quşlarının ovlanmasının qanunsuz olduğu izah edilmiş və bundan sonra onun üzərinə baxış keçirilərkən aşkar edilmiş bir ədəd Toz-34 markalı, 16 kalibrli P-73666 nömrəli bir lüləli ov silahı içində bir ədəd atışa hazır vəziyyətdə olan patron boşaldılaraq götürülmüşdür. Şəxs təqdim etdiyi 436 nömrəli şəhadətnamədə olan nömrələrlə silahda olan nömrələr uyğun gəlmədiyindən həmin silah və bir ədəd patron Füzuli Rayon Polis Şöbəsinə təhvil verilmişdir (xx.xx.2024-cü il tarixli, 85279 nömrəli aktın, iş materiallarına əlavə edilmiş fotoşəkillərin və xx.xx.2024-cü il tarixli xidməti məruzənin surətləri əsasında). - Şəxs məxsus 16 kalibrli, Toz-34 markalı, 1 lüləli, lülə nömrəsi P-73666, bala qundağı P-13038 və qundağı Г-15594 nömrəli mülki ov silahı AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2024-cü il tarixli, Ç-HM/4824-060 nömrəli məktuba əsasən Füzuli Rayon Polis Şöbəsinin növbətçi hissəsində saxlanılır və silahda qeyd olunan nömrələr xx.xx.2020-ci il tarixli 436 nömrəli şəhadətnamədə qeyd olunan nömrələrdən fərqlidir (Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu əsasında). - Şəxs hal-hazırda Füzuli rayonu, Böyük Bəhmənli kəndində arvadı X4, övladları X5 və X6 ilə birlikdə yaşayır (xx.xx.2024-cü il tarixli arayışın surəti əsasında). Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 272.1-ci maddəsində balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. - 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun: - “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, maddi tərkibli inzibati xətalarda xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. - “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında göstərilmişdir ki, alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Məhkəmə yuxarıda göstərilən Azərbaycan Respublikası İXM-in normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq belə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş ov qaydalarının kobud şəkildə pozulmasına görə inzibati məsuliyyətin yaranması üçün lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi, yaxud digər ov qaydalarının müntəzəm pozulması tələb olunduğuna görə həmin inzibati xəta maddi tərkiblidir və onun obyektiv cəhəti alternativ əlamətlidir. Bu səbəbdən həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün göstərilən alternativ əlamətli hərəkətlərdən birinin törədilməsindən törəyən zərərli nəticənin baş verməsi tələb olunur. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinin məzmunundan aydın olur ki, onun dispozisiyasında göstərilmiş “ov edilməsi” ifadəsi konkret olaraq ov predmetinin olması və ya aşkar edilməsini, “digər ov qaydalarının müntəzəm pozulması” ifadəsi isə həmin Məcəllənin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın müntəzəm törədilməsini nəzərdə tutur. İş üzrə toplanmış inzibati xəta haqqında icraat materialları, yəni xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli, 85279 nömrəli akt, xx.xx.2024-cü il tarixli xidməti məruzənin surətləri ilə müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan olan AR ETSN 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində Şəxs ona məxsus ov silahı ilə ov etməsini və ümumiyyətlə, həmin silahdan atəş açmasını müəyyən etməmişdirlər. Çünki iş üzrə Şəxs saxlanıldığı yerdən və ətrafından ov predmeti, eləcə də onun tərəfindən ov edilməsinə işarə edən digər hər hansı sübut növü aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış inzibati xəta haqqında icraat materialları ilə Şəxs xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində ona məxsus 16 kalibrli, Toz-34 markalı, 1 lüləli, lülə nömrəsi P-73666, bala qundağı P-13038 və qundağı Г-15594 nömrəli mülki ov silahı ilə ov etməsi və ya digər ov qaydalarını müntəzəm pozmasından ibarət ov qaydalarını kobud şəkildə pozması müəyyən edilmədiyinə, beləliklə, onun əməlində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən edildiyinə görə həmin Məcəllənin 53.1.2 və 105.1-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla Şəxs barəsində həmin Məcəllənin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 12.1, 40, 43, 53.1.2, 105.1, 114.1.4, 115, 128-130, 272.3-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Azərbaycan Respublikası İXM-in 53.1.2 və 105.1-ci maddələrinə əsasən xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-839/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-839/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver