Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-840/2024 11.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən toplanmış inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs (bundan sonra – Füzuli RMX PHŞ) mülkiyyətində olan “QAZ 32214-32 xüsusi təyinatlı” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 23:44-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqan olan Füzuli Rayon Polis Şöbəsinə (bundan sonra – Füzuli RPŞ) müvafiq sorğunun daxil olduğu xx.xx.2024-cü il tarixdən 5 gün müddətində verməmişdir. Buna görə də Füzuli RPŞ tərəfindən Füzuli RMX PHŞ barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, gəlməmiş, məhkəməyə bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Füzuli RPŞ xx.xx.2024-cü il tarixli məktubla Füzuli RMX PHŞ-yə müraciət edərək, mülkiyyətində olan “QAZ 32214-32 xüsusi təyinatlı” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 23:44-də Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı 5 gün müddətində göndərməsini xahiş etmiş, Füzuli RMX PHŞ-ni əks halda Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar etmişdir. SX035004847AZ nömrəli xəbərnaməyə əsasən həmin məktub xx.xx.2024-cü il tarixdə poçt orqanı tərəfindən Füzuli RMX PHŞ-nin müvafiq işçisinə imza etdirilməklə təqdim edilsə də, Füzuli RMX PHŞ müvafiq məlumatı Füzuli RPŞ-yə göndərməmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Füzuli RMX PHŞ-nin iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Buna görə də Füzuli RMX PHŞ həmin inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Füzuli RMX PHŞ-nin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsində göstərilən halları nəzərə alaraq, göstərlənlərə əsasən hesab edir ki, Füzuli RMX PHŞ barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-840/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-840/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver