Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-841/2024 12.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İİ dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olan, Füzuli rayonu, Füzuli şəhəri, bina 16, mənzil 330-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, e-2(060)-3547/2024 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli icra sənədindəki tələbi Füzuli RİPŞ-nin icra məmuru X2 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 avqust 2023-cü il tarixli, e- 2(060)-3547/2024 nömrəli qətnaməsinə əsasən Şəxs (bundan sonra - borclu) 8643 manat və ödənilmiş dövlət rüsumuna görə 106,43 manat olmaqla, cəmi 8749,43 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) ödənilməlidir. Həmin icra sənədi 15 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş, onun icraatına başlanılmış, borclunun Füzuli rayonunda yaşamasına görə 25 aprel 2024cü il tarixdə icra olunması üçün ərazi aidiyyəti üzrə Füzuli RİPŞ-ya daxil olmuşdur. Borclunun həmin məbləğin 509,41 manat hissəsini tələbkara ödəməsi əlilliyinə görə təyin edilmiş pensiya məbləğindən hissə-hissə tutulmaqla təmin edilmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar 03 aprel 2024, 20 may 2024 və 02 may 2024-cü il tarixlərdə yazılı qaydada xəbərdarlıqlar şəxsən təqdim edilməsinə və bu formada ondan hər dəfə icra sənədini 10 gün ərzində icra etməli olmasının tələb edilməsinə baxmayaraq, həmin icra sənədi üzrə tələbkara olan 8240,02 manat məbləğində pul borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bu hal tələbkarın haqlı narazılığı və şikayət etməsinə səbəb olmuşdur. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 12 sentyabr 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs cəmi 8240,02 manat məbləğində pul borcunu ödəyə bilməməsini bu barədə ona icra məmurları tərəfindən bir neçə dəfə yazılı xəbərdarlıqların verilməsinə baxmayaraq, İİ qrup əlil olmasına görə işləyə bilməməsi və maddi vəziyyətinin pis olması ilə izah edir. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə Şəxs ona borclu olduğu 8749,43 manat məbləğində pulun 509,41 manat hissəsini hissə-hissə ödəmiş, qalan 8240,02 manat hissəsini isə ödəməmişdir. Buna görə də Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də icra məmurunun 03 aprel 2024, 20 may 2024 və 02 may 2024-cü il tarixlərdə borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün yazılı qaydada xəbərdarlıqlar verməsinə baxmayaraq, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş elektron arayışdan görünür ki, Şəxs 30 noyabr 2007-ci il tarixdə müddətsiz olaraq İİ dərəcəli əlillik təyin edilmişdir. Buna görə də o, 363,86 manat məbləğində pensiya alır. Məhkəmə Şəxs səmimi peşmançılığı və İİ qrup əlil olmasını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən Şəxs İİ qrup əlil olmasına görə inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsi və İİ qrup əlil olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-841/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-841/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver