Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-844/2025 09.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Fin qəsəbəsi, ev 38-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Nəbiyev X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-30/2025 tarixli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmuru X3 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(064)-382/2025 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 05 maıt 2025-ci il tarixli, 2(022)-30/2025 saylı icra sənədinə əsasən borclu Şəxs 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbbləğində aliment tutulmalıdır. Alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İcra sənədi üzrə 11 mart 2025-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir.Yaranmış 10208 manat aliment borcu ilə bağlı xx.xx.2025-ci il tarixdə borclu Şəxs barəsində inzibati protokol tərtib edilərək Füzuli Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin qərarı ilə Şəxs 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar və Elektron icra İnformasiya sistemi ilə çağırış barədə SMS göndərilməsinə baxmayaraq, Şəxs qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan tələbi yerinə yetirməmiş, cəmi 200 (iki yüz) manat aliment pulu ödəmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Nəticədə hazırkı dövrə 13720 (on üç min yeddi yüz iyirmi) manat ödənilməmiş aliment borcu yaranmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borcludan alınmış izahatlarda o, işləmədiyini və maddi imkanının olmamasını bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək adı çəkilən icra sənədi üzrə olan borcun ödnilməsini, əks təqdirdə borclunun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir, əməlindən peşmandır. Sözügedən icra vərəqəsi barədə məlumatı var. Əməlindən səmimi peşmandır. Həmçinin borclu tələbkarın xeyrinə icra vərəqəsi üzrə yalnız bir dəfə cəmi 200 manat pul ödədiyini bildirmişdir. Uşaqları xəstələnən vaxt onları həkimə aparıb onların müayinə və müalicəsinə pul xərcləsə də bu barədə məhkəməyə təqdim edəcək sübutları yoxdur. Tələbkara cəmi 13720 manat məbləğində aliment borcunun olduğunu, o, heç bir yerdə işləmədiyindən bu günə tələbkarın xeyrinə heç bir məbləğ ödəyə bilməyəcəyini, işlə təmin olunarsa, borcundan tələbkarın xeyrinə aylıq hissə-hissə pul ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir yerdə işləmədiyini, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda həmin cəriməni də ödəyə bilməyəcəyini nəzərə alaraq onun barəsində minimum həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(064)- 382/2025 nömrəli qərarının surətindən görünür ki, Şəxs hazırki icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə bu barədə nəticəyə gələrkən, sonuncunun Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-30/2025 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə törətdiyi, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə münasibətdə həmin Məcəllənin 528.1-1-ci maddəsinin sanksiyasının 528.1-ci maddəsinin sanksiyasını əhatə etməsi səbəbindən əlavə olaraq, 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ehtiyac olmadığını da nəzərə alır. Məhkəmə Şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmanlıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-844/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-844/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver