Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-852/2025 17.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlu tərəfindən X1 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29893880 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikəyət ərizəsi və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİ: X3 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29893880 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək tərtib olunmuş qərarın əsassız olduğunu bildirmiş və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şikayətçi ərizəsində barəsində qanunsuz olaraq xx.xx.2025-ci il tarixli, EQ 29893880 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyini bildirərək həmin qərarın ləğv edilməsini xahiş etsə də, lazımi sənədləri iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə belə hesab edir ki, X1 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29893880 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikəyət ərizəsi və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şikayətçiyə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Odur ki, Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29893880 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikəyət ərizəsi və ona əlavə edilmiş sənədlər natamam olduğundan X2 qaytarılsın. X2 izah edilsin ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-852/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-852/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver