Məhkəmə qərarları › İş №3(064)-853/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-853/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-853/2024 25.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Nəsimi rayon DYPŞ Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə 04 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-in: - 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1.-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan: - Nəsimi rayon DYPŞ tərəfindən tərtib etdilmiş inzibati tənbeh vermə haqqında 11 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.1, 333.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş üzrə 11 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol sonuncunun həmin cəriməni ödəməməsinə görə tərtib edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş elektron sorğunun surətindən görünür ki, Şəxs 03 avqust 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə göstərilən qanunvericilik normaları və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Şəxs ölməsi səbəbindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz. Buna görə də hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar