Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-854/2024 04.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədirliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, şikayət vermiş şəxs X2 və onun vəkili fərdi fəaliyyət göstərən Vəkil, qərarından şikayət verilən orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, X1 Azərbaycan Respubilikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və həmin qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respubilikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respubilikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddəti üzrlü hesab etməklə bərpa edilməsini xahiş etmişdir. Buraxılmış prosesual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar poçt vasitəsi ilə işlədiyi 9 saylı Uşaq bağçasına göndərilmişdir. Təqribən avqust ayının sonlarında ona göndərilən məktub poçt işçisi tərəfindən sözügedən uşaq bağçasında gözətçi işləyən Səlim Qasımova verilmiş, sonuncu isə iş vaxtı bitdiyindən və Ülviyyə Əjdərzadənin də işdə olmamağı səbəbindən həmin məktubu özünün yaşadığı evə aparmışdır. Səlim Qasımov məktubu unutduğu üçün uzun müddət ona çatdırmamış, ailə üzvləri ona evdə uzun müddət belə bir məktubun olduğunu bildirdikdən sonra Səlim xx.xx.2024-cü il tarixdə Ülviyyə Əjdərzadəyə belə bir məktubun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ondan aslı olmayan səbəbdən ona gec çatdırılmış və bu səbəbdən həmin qərarın ləğvi üçün məhkəməyə müraciət üçün prosessual müddəti buraxmışdır. Qərardan narazıdır. Barəsində qəbul edilmiş qərardan vaxtında xəbərdar olmadığına görə qərardan qanunla müəyyən olunmuş müddət ərzində şikayət verə bilməmişdir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsinin məzmununa uyğun izahat verərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, o, qeyd olunan qərar ona göndərilən zaman məzuniyyətdə olmuş, bu səbəbdən məktubu qəbul etmiş şəxs onu vaxtında məlumatlandıra bilməmişdir. Həmçinin qeyd etmişdir ki, məktubu qəbul etmiş Səlim Qasımov, onun müdiri olduğu uşaq bağçasında gözətçi işləyir, onun şifahi tapşırığına əsasən ona ünvanlanmış məktubları poçt işçisindən qəbul edir və bu barədə ona məlumat verir. Bu səbəbdən o, həmin qərardan vaxtında şikayət verə bilməmişdir. Eyni zamanda bildirmişdir ki, təqdim etdiyi poçtun jurnalından da görünür ki, həmin məktubun alınmasına dair çəkilmiş imza ona deyil, Səlim Qasımova məxsusdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, ərizəçi X2 Azərbaycan Respubilikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddəti üzrlü hesab etməklə bərpa edilməsinə dair ərizəsi əsassızdır. Belə ki, sözügedən qərar şikayətçiyə vaxtında çatdırılmış, eyni zamanda onun da həmin qərardan xəbəri olmuşdur. Bunu şikayətçi özü də etiraf edir, lakin hazırki vəsatətin təmin olunması üçün əsaslı sübutlar təqdim edə bilmir. Qeyd olunanlara əsasən qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş vəsatətin rədd edilməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan ötürüldüyünə görə X4 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa olunmasına” dair vəsatət təmin edilməməli, şikayət ərizəsinə baxılmaqdan imtina edilməlidir. Belə ki, məhkəmə iclasına inzibati xəta haqqında işin araşdırılması zaman müəyyən olundu ki, şikayətçi X4 barəsində inzibati xəta haqqında qərarını bildirmişdir. Lakin həmin qərar barəsində vaxtında məlumatının olmamasını özünün əmək məzuniyyətində olması və həmin qərarın ona göndərilməsindən vaxtında xəbər tutmaması ilə əlaqələndirmişdir. Eyni zamanda məhkəmədə müəyyən olunmuşdur ki, sözügedən qərar X1 özünün şifahi qaydada tapşırığı əsasında müdiri olduğu uşaq bağçasının gözətçisi Səlim Qasımov tərəfindən qəbul edilmişdir. Bağçanın gözətçisi Səlim Qasımov şikayətçi X3 ünvanlanmış digər məktubları onun işdə olmadığı vaxtda qəbul edərək ona məlumat verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. - 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. - 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. - 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar rəsmi qaydada şikayətçi X7 verilmiş hesab edilməlidir. İXM-nin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından şikayətçi sözügedən qərarı rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində mübahisələndirməli olduğu halda, inzibati tənbehvermə haqqında qərardan şikayət məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Həmçinin məhkəmə onu da bildirir ki, şikayətçi buraxılmış müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, sözügedən qərarı xx.xx.2024-cü il tarixdə almışdır (məlumatı olmuşdur). Bu tarixdən də şikayət verilməsi üçün on gün müddət ötürülmüş və həmin müddət ərzində də məhkəməyə şikayət ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsində göstərilir ki, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iclasında şikayətçi X4 inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesual müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməməli, buraxılmış prosessual müddət bərpa edilməməli və şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilməsin X4 tərəfindən Azərbaycan Respubilikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə verilmiş vəsatət təmin edilməsin. X4 Azərbaycan Respubilikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-854/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-854/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver