Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-856/2024 25.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə X2 AR ƏƏSMN yanında X13 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X4 AR ƏƏSMN yanında X13 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb kimi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaşlar X14 (4VD1455), X10 (520405D), X5 (3kvjtie) adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq altsistemində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. AR ƏƏSMN yanında X13 inzibati xətanın törədilməsinə dair protokol tərtib edərkən qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamışdır. X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən əldə edilmiş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaşlar X8, X6 və X5 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin şəxslərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və AR ƏƏSMN yanında X13 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. X13 Xidməti tərəfindən əldə edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X2 İXM-nin 192.1-ci maddəsi nəzərəd tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar, əsassızıdr, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərar əsaslandırılmamış, heç bir araşdırma aparılmadan qəbul edildiyindən ləğv edilməlidir. İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş protokolda və qərarda adı qeyd edilən vətəndaş X10 Cəmiyyətin işçisi olmamış, Cəmiyyətlə onun arasında heç bir əmək münasibətləri olmamışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs “İcraçı” X11 ilə “Sifarişçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixində (xx/xx/2024) “texniki vasitələrin xidməti” haqqında müqavilə bağlanmışdır. Həmin müqaviliə əsasında da X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texniki vasitələrinə xidmət göstərmişdir. Protokolda və qərarda göstərilən şəxs X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texniki vasitələrə xidmət göstərən X1 olmuşdur. X6 bizim Cəmiyyətə və Aqşin Sultanova heç bir aidiyyəti olmamış, ümumiyyətlə qərarda və protokolda qeyd edilən şəxslər bizim Cəmiyyətdə işləməmişdir. Qərarda və protokolda rotokolda qeyd edilən X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi əsasında xidmət göstərən “İcraçı” X7 “Sifarişçi”nin sürücüsü olmuşdur. Qərarda və protokolda adları qeyd edilən X12 və X14 da Cəmiyyətdə işləməmişlər. Belə ki, Cəmiyyətə işğaldan azad olunmuş ərazilərdə işləyən işçilərimizə yemək hazırlamaq üçün aşbaz vakansiyası elan etmişdir. X12 isə Cəmiyyətdə aşbaz işləmək istədiyini, lakin ilkin olaraq əraziyə baxacağını, şərait onu qane etdiyi təqdirdə aşbaz işləyəcəyini bildirmişdir. X12 iş yerinə baxdıqdan sonra Kəlbəcər şəhərində işləyə bilməyəcəyini bildirmişdir. Hava və iş şəraiti X9 qane etmədiyi üçün əmək münasibətləri yaranmamışdır. X14 da X3 Cəmiyyətdə işləmək üçün müraciət etmiş, lakin ilkin olaraq iş şəraiti və iş yeri ilə tanış olmaq istəmişdir. Lakin onlar iş yeri və iş şəraiti ilə tanış olduqdan sonra onları qane etmədiyi üçün işləməkdən imtina etmişlər. Aralarında əmək münasibətləri yaranmamış, lakin iş şəraiti ilə tanış olmaq üçün portalda onların icazəsi aktiv qalmışdır. Bütün bunlardan əlavə, AR ƏƏSMN yanında X13 bir inzibati xətaya görə həm "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini həm də Cəmiyyətin direktoru X4 barəsində protokol tərtib etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini barəsində tərtib edilmiş protokol baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Binəqədi rayon məhkəməsinin 3(001 )-5072/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər AR ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılması qərara alınmışdır. Şikayət vermiş şəxsə və qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş AR ƏƏSMN DƏMX BŞİ-nin rəis müavini X15 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru X4 İXM-nin 192.1-ci maddəsi nəzərəd tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)- 5072/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad əsasında müəyyən edilir ki, "xxxx" MMC barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məsələnin tam aydınlaşdırılmaması səbəbilə AR ƏƏSMN DƏMX BŞİ-nə geri qaytarılmışdır. Məhkəmə, şikayət verən şəxsin ərizəsini, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair AR ƏƏSMN DƏMX BŞİ-nin rəis müavini X15 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, X4 barəsində inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərkən inzibati xəta haqqında qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamışdır. X13 Xidməti tərəfindən əldə edilmiş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, vətəndaşlar X8, X6 və X5 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin şəxslərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. X13 Xidməti tərəfindən əldə edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 75-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar sırasında həmin məcəllənin 75.0.1-ci maddəsində öz əksini tapan inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) olmasıdır. - 134.1.4-ci maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. -135-ci maddəsində mövcud olan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasında həmin məcəllənin 135.1.1-ci maddəsində göstərilən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, müəyyən olunmuşdur ki, X2 İXM-nin 192.1-ci maddəsilə 3000 (üç min) manat məbləğində inzibati qayadada cərimə edilməsinə səbəb olmuş əməlin faktiki halları səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ətraflı araşdırılmamışdır. Belə olan halda, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən verilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və İXM-in 75, 76, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şikayət təmin edilsin. AR ƏƏSMN DƏMX BŞİ-nin rəis müavini X15 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün AR ƏƏSMN DƏMX BŞİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-856/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-856/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver